Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 01:08

Donetskdə donuz qripindən 26 nəfər ölüb


Ukraynanın şərqində, separatçıların nəzarətində olan Donetsk vilayətində donuz qripindən 26 nəfər ölüb.

Bu barədə yanvarın 22-də Rusiya KİV-ləri məlumat yayıb.

Agentliklər separatçıların adı çəkilməyən nümayəndəsinə istinadla bütün məktəblərin yanvarın 30-dək bağlandığını xəbər verirlər.

Ukraynanın səhiyyə nazirliyi yanvarın 19-da H1N1 virusundan ölkədə ümumilikdə 51 nəfərin öldüyünü bildirmişdi.

Qeyd edək ki, bu virus Rusiya, Ermənistan, Qazaxıstan və Gürcüstanda da peyda olub.

Ermənistanda bu virusdan azı 16 nəfərin öldüyü bildirilir.

Həmçinin İran və Türkiyədə donuz qripindən ölənlər var.

İranda bu virusdan 45-dən çox adam ölüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG