Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:04

Davosa kimlər, niyə yığışır


Davosda robot təqdimatı (Arxiv)
Davosda robot təqdimatı (Arxiv)

►Dəvətnaməniz yoxdursa, şirkətiniz iştirakınız üçün 27 min dollarından keçməlidir

Yenə həmin vaxtdır. Varlılar, ölkə liderləri və məşhurlar dünyanın problemlərini həll etmək üçün İsveçrənin Alp dağları ətəyindəki qəsəbəyə yığışıblar.

BBC yazır ki, ötən əsrin 70-ci illərində akademik Klaus Schwab Dünya İqtisadi Forumunu bir araya gətirəndə konfrans kiçik miqyasda keçirilirdi.

Bu gün isə Davos 2500-dən artiq iştirakçıya ev sahibliyi edir. Onlardan 1000-dən çoxu iri şirkətlərin rəhbərləridir. Toplantıya 40-dan artıq ölkə lideri qatılır.

Davosdakı məşhurlar sırasında aktyor Leonardo DiCaprio, musiqiçi William və Formula 1 pilotu Sebastian Vettel də var.

Microsoftun qurucusu Bill Gates, U2 qrupunun solisti Bono, Yunanıstanın baş naziri Alexis Tsipras və Kanadanın baş naziri Justin Trudeau də burdadır.

Miqrant böhranı, iqlim dəyişikliyi və faiz dərəcələrinin artımı əsas müzakirə mövzularıdır.

Davosda nələr olur?

Britanyanın baş naziri David Cameron builki Davos Forumunda
Britanyanın baş naziri David Cameron builki Davos Forumunda

Sammit müddətində çoxlu qapalı toplantılar keçirilir. Açıq toplantılara hər kəs qatıla bilər. Qapalılar ancaq xüsusi ağ dəvətnaməsi olanlar (onlar ya konfransa iştirak üçün müəyyən məbləğ ödəyən, ya da dəvət edilənlərdir) üçündür. Ancaq nə vaxt, harada keçirildiyi belə bilinməyən qapalı görüşlır də olur.

İlham Əliyev
İlham Əliyev

Bu qədər iclas fonunda hələ fərqli tədbirlər də baş tutur. Sammitdə iştirak edən şirkətlər axşam yeməkləri və kokteyllər təşkil edir, müştəri şəbəkələrini genişləndirirlər.

Arada “The Killers” kimi məşhur qruplar səhnəyə çıxıb isti mühit yaradır.

Bu günə qədər Davos Forumlarının ən böyük nəticələrindən biri 1980-ci illərdə Türkiyə və Yunanıstanı müharibəyə başlamaqdan (Hora böhranı) çəkindirmək olub.

Daha yaxın keçmişdə isə keçən il inkişaf etməkdə olan ölkələr – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika BRİCS Yeni İnkişaf Bankının təməlini qoydular. Bu ban Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankına rəqib kimi yarandı və ideyası da məhz Davosda doğulmuşdu.

Buna da bax: Azərbaycanda minlərlə "süzgəc" şirkət var

Gates-in diqqətini cəlb edəcək fikirlərim var, Davosa necə gedim?

Əgər bir ölkənin lideri, ya da məşhur şirkət rəhbəri deyilsinizsə, Davosa dəvət almasınız. Ya sosial məsuliyyətlə bağlı layihələri olan bir şirkəti, ya da tanınmış qeyri-hökumət təşkilatını təmsil etməlisinz. Dəvətnaməniz yoxdursa, şirkətiniz iştirakınız üçün 27 min dollarından keçməlidir.

Bu qədər pulunuz yoxdursa, qəsəbəyə gedib Forumun keçirildiyi əraziyə yaxın yerdəki tədbirlərə qatıla bilərsiniz.

İnsanların varlı və məşhur adamlara yaxınlaşmaq üçün nələr etdiyini eşitsəniz, çaşarsınız. Bütün planlar neçə ay əvvəldən hazırlanır və koordinasiya edilir. “Otel kartı” adlanan kartlardan almaq mümkündür. Bu kartlarla konfransa düşə bilməsəniz də, bu tədbirlərin keçirildiyi otellərin mühafizə xidmətindən yan keçərək, binaya daxil olursunuz.

Davosa gedən şirkətlərin baxışı ilə yanaşılsa, Forumda iştirak bütün dünyanı gəzib müştərilərlə tək-tək görüşməkdən daha ucuz başa gəlir. Çünki nəticədə hamı bu qəsəbədə toplaşır. Hər şeyə maraq göstərənlərsə ən pis halda özü kimilərlə tanış olurlar.

XS
SM
MD
LG