Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:09
Manat
Manat

AzadlıqLive -Manat Bakıya rayonlardan maşınla daşınır?

Ölkədə və dünyada baş verənləri burdan izlə

19:42 29.12.2015

Səməd Seyidov: “Əfv ətrafında hay-küylər ona müsbət yox, mənfi təsir göstərir"

Səməd Seyidov: “Siz təsəvvür edin ki, Azərbaycanın prezidenti humanitar nöqteyi-nəzərdən Leyla Yunusu, Arif Yunusu azadlığa buraxır. Üstündən iki gün keçəndən sonra ABŞ-da Christofer Smith Azərbaycanda insan haqlarının pozulması ilə bağlı layihə təqdim edir”.

“Bu konkret o deməkdir ki, həmin Smith-in qanun layihəsi, cənab Yaqlandın müdaxiləsi Azərbaycanda insan haqları ilə bağlı məsələlərin həllinə yox, Azərbaycanda insan haqları vasitəsilə problemlərin yaradılmasına və ən əsası Azərbaycan prezidentinə, onun müstəqil siyasətinə təsir göstərmək cəhdidir”.

19:39 29.12.2015

"Bankdan kənar maliyyə axınını nəzarətə götürməyə cəhd edilir" ​

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev AzadlıqRadiosuna dollar ətrafında yaranmış vəziyyəti şərh edir:

– Valyutadəyişmə məntəqələrinin bağlanacağı ilə bağlı xəbərləri mən də eşitmişəm. Hələ ki, rəsmi təsdiqini tapmayan xəbərdir. Ancaq güman edirəm ki, hökumət bununla manata təzyiqi azaltmaq istəyir. Valyutadəyişmə məntəqələrinin sayı həddindən artıq çoxdur. Bu gün böyük həcmdə dollar vəsaiti valyutadəyişmə məntəqələri vasitəsilə satılır və ya alınır. Düşünürəm ki, valyutadəyişmə məntəqələrinin sayının azaldılmasına gedilsin və valyuta dəyişmə bank filiallarında, kiçik bank şöbələrində həyata keçirilsin. Məqsəd də maliyyə axınına nəzarəti gücləndirməkdir. Xüsusilə də, bankdan kənar maliyyə axınını nəzarətə götürmək cəhdidir. Bununla da ölkədən kapital axınını məhdudlaşdırmaq məqsədi güdülür.

17:29 29.12.2015

Twitter trollar və “cihadçılar”la mübarizəni gücləndirir

Şosial şəbəkə “özünü yaxşı aparmayan” hesablardan telefon təsdiqi istəyir.

“Twitter” sosial şəbəkəsi trollar və “İslam cihadçıları” ilə mübarizəni gücləndirdiyini bildirib.

Şirkətin Avropa üzrə direktoru Bruce Daisley bu barədə “Independent” qəzetinə danışıb. O, saytın etibarlılığını sarsıdan trollar və İslam qruplaşmalarıyla mübarizədə gördükləri işdən söz açıb.

Trollar - internetdəki saxta hesablardan qəsdən təxribat xarakterli, qızışdırıcı, qalmaqallı, sataşmaq niyyətli yazı və şərhlər yayan adamlardır. İndi onlar istifadəçiləri çox olan sosial şəbəkələrdə daha fəaldırlar.

On ilə yaxındır fəaliyyətə başlayan “Twitter”də istifadəçi sayı 320 milyona çatıb. Ancaq bugünədək trol ucbatından hesablarını bağlayanlar da az deyil.

17:16 29.12.2015

İki Ali Hərbi məktəb niyə bağlandı?

Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin ləğvinə hərbi ekspertlər fərqli münasibətlər bəsləyirlər. Yada salaq ki, prezident İlham Əliyevin bu günlər verdiyi sərəncamla bu iki hərbi məktəb Ali Hərbi Məktəbdə yaradılacaq uyğun fakültələrlə əvəz ediləcək.

Hərbi ekspert Üzeyir Cəfərov AzadlıqRadiosuna deyib ki, o, prezidentin belə bir sərəncam verəcəyini çoxdan gözləyirmiş:

«Azərbaycan kimi ölkədə bu qədər hərbi məktəbə ehtiyac yoxdur. Yəni sərəncamla büdcədə xeyli vəsaitə qənaət ediləcək».

Davamı

​
XS
SM
MD
LG