Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:51
Manat
Manat

AzadlıqLive -Manat Bakıya rayonlardan maşınla daşınır?

Ölkədə və dünyada baş verənləri burdan izlə

16:15 29.12.2015

"Mən bilmirəm, Azərbaycan hakimiyyəti nə düşünür"

ABŞ-ın Bakıdakı keçmiş səfiri Richard Kauzlarich Turan-ın Vaşinqton müxbirinə müsahibəsində efv-dən sonra yaranmış vəziyyəti və hadisələrin mümkün inkişafını təhlil edib.
Sual: Azərbaycanda insan hüquqlarının vəziyyəti və ABŞ ilə hazırki münasibətlər fonunda sonuncu əfv fərmanını necə qiymətləndirirsiniz?
Cavab: Bu, Azərbaycan üçün vəziyyəti yaxşıya doğru dəyişməklə bağlı həqiqətən itirilmiş imkandır. Bu həm də mənim uzun müddət söylədiklərimi təsdiqləyir: Bakının repressiv rejimi Qərblə yaxınlığı özü üçün təhlükə kimi görür.
Bakı rejimi Avropa və ABŞ üçün çox vacib olan insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmək istəmir.
Mən bilmirəm Azərbaycan hakimiyyəti nə düşünür, ancaq belə görünür ki, onlar Qərbə göstərmək istərirlər ki, yaxşı münasibətlərdə maraqlı deyillər. Ancaq bu, onların öz seçimidir.

15:56 29.12.2015

Milli Məclis ABŞ-da insan haqlarını müzakirə edir

Dekabrın 29-da Milli Məclisin plenar iclasında «ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında» qanun layihəsi təqdim olunub.

Layihənin müəllifi deputat Rövşən Rzayevdir.

R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrində müzakirəyə çıxarılmasını təklif edib. «Bu, mənim Azərbaycana qarşı ikili standartlara etirazımdır», - o qeyd edib.

15:13 29.12.2015

Alexandr Nevzorov: "Həyatımda gördüyüm ən cəsur adam azərbaycanlı idi"

Rusiyanın məşhur jurnalisti A.Nevzorov Vestnik Kavkaza-ya müsahibə verib və Qarabağ müharibəsindən bir epizodu danışır

14:27 29.12.2015

Rusiyada neftin gətirdiyi firavanlıq dövrü qurtardı

BBC Rus xidmətinin saytında dərc olunmuş məqalədə deyilir ki, Rusiya bankları illik yekun hesabatlarında ölkədə 15 ildir ki, davam edən istehlakçılıq modelinin süqutunu bəyan ediblər.

Hesabatlardan görünən budur ki, Rusiyada bundan sonra gəlirlərin sürətli artımı, kütləvi idxal və istehlak baş verməyəcək.

Sberbank-ın investisiya departamenti Rusiyanın, özünü hazırlamalı olduğu yeni makroiqtisadi reallıqlardan söz açıb. Bankın qənaətinə görə, indi artıq yeni modelin başlanğıcıdır.

Davamı

​
XS
SM
MD
LG