Bakının "qara" dollar bazarı
Dekabrın 29-da Bakıdakı valyutadəyişmə məntəqələrinin çoxu işləmir. Günorta saatları olsa da, bir çox məntəqələr bağlıdır.
İşləyən məntəqələrdə isə ABŞ dolları Mərkəzi Bankın məzənnəsindən fərqli qiymətlə göstərilir.
Mərkəzi Bankın dekabrın 29-a olan rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 1.5578 manatdır. Dekabrın 28-də isə 1 dollar 1.5561 manat idi.
Valyuta mübadilə məntəqələrində isə dolların alışı 1,585-1,595 manat arasındadır. Satış yoxdur.
Yuxarıdan göstəriş gözləyirlər, qara bazar gizli işləyir
Satış etməyən məntəqə sahiblərindən bəziləri “bu cür işləməyin sərf eləmədiyini”, bəziləri isə “yuxarıdan göstəriş gözlədiklərini” bildiriblər.
28 may küçəsində “qara bazar”ın alverçiləri isə gizli alış-veriş edir. Alıcı çox olmasa da, onlar 1 ABŞ dollarını 1,8-2 manata təklif edirlər.
Dekabrın 28-də polis “qara bazar” alverçilərindən üçünü saxlayıb. Buna görə də onlar ehtiyatlı şəkildə “işləyirlər”.
Xəstəxanaların əhəmiyyətli hissəsi özəlləşdirilə bilər
Azərbaycanda bütün dövlət tibb müəssisələri olmasa da, onların əhəmiyyətli bir hissəsinin özəlləşdiriləcəyi gözlənilir.
Bunu Trend-ə baş naziri müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib: «İngiltərədə səhiyyə xidmətinin göstərilməsi və maliyyələşdirilməsi bütünlüklə dövlətin nəzarətindədir. Xəstəxanalar da dövlət xəstəxanalarıdır. Amma başqa ölkələrdə səhiyyə müəssisələri ya bütünlüklə özəlləşdirilib, ya da hər iki forma var. Hesab edirəm ki, Azərbaycanda da müəyyən müddət qarışıq forma fəaliyyət göstərəcək».
Neftin qiymətinin dibi hardadır?
«Tələbin durumu daha yüksək qiymət mühitinə qayıtmağa əl yeri qoymur», - «CME Group» bildirir. «Çində tələb düşür. Yeni yaranan bazarlarda artım azalır. Avropada real ÜDM şərtlərində 1-2 faizlik artım gözlənir. ABŞ nisbətən yaxşı, Yaponiya nisbətən pis durumdadır. Burada da tələbdə ciddi artım gözlənilmir».
ABŞ-da şist nefti istehsalı 2010-cu ildən artsa da, istehsalçıların çoxunun xeyli borcu yığılıb və biznesdə qalmaq uğrunda çarpışırlar.
«İndiki aşağı qiymətlər 2016-cı ilin ABŞ istehsalçıları üçün çətin keçəcəyini göstərir», -bunu isə «ClipperData» neft təhlili şirkəti bildirir. Şirkət gələn il ABŞ istehsalında günə 500 min barrel azalma proqnozlaşdırır.
«Reuters» yazır ki, buna baxmayaraq, təhlilçilər qlobal istehsalın tələbi üstələyəcəyini proqnozlaşdırır və ABŞ-da bu ixtisar belə bazarları balanslaşdırmağa yetərli olmayacaq.
Bu günki AzadlıqLive-da:
200-dən çox adam əfv olundu, hüquq müdafiəçilərinin "siyasi məhbus", "vicdan məhbusu" hesab elədiklərindən biri də bu siyahıda yoxdur
"Qara" valyuta bazarı yenidənmi yaranır? Ekspert Əkrəm Həsənov deyir ki, 90-cı illərdəki "qara bazar" qayıdır
Bakı küçələrindəki Şaxta Babalar, Qar Qızlar kimlərdir? Aralarında rəngsaz da var, tələbə də, ticarət işçisi də...