Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 22:15
Manat
Manat

AzadlıqLive -Manat Bakıya rayonlardan maşınla daşınır?

Ölkədə və dünyada baş verənləri burdan izlə

18:36 28.12.2015

"Tərkibində GMO yoxdur"

Azərbaycanda ilk dəfə olaraq qida məhsullarına “Tərkibində GMO yoxdur” nişanının vurulması qaydasını tənzimləyən dövlət standartı AZS 855 -2015 (ТКП 131-2008 (30220) qəbul edilib və ötən həftə dövlət reyestrinə daxil edilməklə sənəd qüvvəyə minib.

Standartın tətbiqi məcburi deyil və bütün ərzaq istehsalçılarına şamil edilmir. Yəni, ərzaq məhsulunun tarası üzərində bu cür markalanmanı şirkətlər öz təşəbbüsü ilə edəcəklər. Nişandan məhsul idxalçıları da istifadə edə bilərlər.

Üzərində “Tərkibində GMO yoxdur” nişanı olan ərzaq məhsullarının tərkibində GMO olmamalı və bu məhsullar genetik mühəndislik metodlarından istifadə etmədən hazırlanmalıdırlar. Bu fakt Azərbaycanda akkreditasiyadan keçmiş laboratoriyalarda aparılan analizlə təsdiq olunmalıdır.Ətraflı

18:23 28.12.2015

Əfvə kimlər düşdü?

Prezident İlham Əliyev dekabrın 28-də növbəti əfv sərəncamı imzalayıb.

Əvf olunmuş şəxslərin tam siyahısı

17:45 28.12.2015

Bakıda Şaxta Babalar, Qar Qızlar kimlərdir?

Bu Şaxta Babalar, Qar Qızlar hərəsi bir peşənin sahibidir. Aralarında rəngsazı da var, tələbəsi də var, ticarət işçisi də, müəllim da.

“Keçən il bulvarda dostlarımla gəzəndə Şaxta Babaları görmüşdüm. Fikirləşdim ki, mən də ola bilərəm. Çox maraqlıdır. Uşaqlarla görüşürsən, əylənirsən”.

19 yaşlı Asif Xələfov ilk dəfədir Şaxta Babalıq edir. Bu vaxta qədər heç yerdə işləməyib. Şaxta Baba obrazında da birinci gündür çıxır.

Şaxta Babanın yanındakı 22 yaşlı Aysu Xudaverdiyeva isə deyir ki, 4 ildir Qar Qız “cildinə girir”. Qocalana qədər Qar Qız olmaq arzusundadır:

“Mənim üçün maraqlıdır, ləzzət eləyir. Uşaqlarla əylənirəm, həmişə Qar Qız olacağam, qocalana qədər”.

21 yaşlı Ayxan isə deyir ki, bu iş bir neçə günlük əlavə gəlir mənbəyi olsa da, onu gəlirdən çox əyləncə maraqlandırır:

“Özüm restoran sahəsində işləyirəm. 4 ildir Şaxta Baba oluram. Məni əsla gəlir maraqlandırmır. Uşaqları sevirəm, onlarla oynayıram, məncə bunu qazancı daha çox olur”

17:37 28.12.2015

"Torqovı"da da alver getmir

Devalvasiyadan sonrakı ilk günlərdə Bakının mərkəzindəki bahalı geyim dükanları və kafelər işləsə də, artıq iki-üç gündür ki, onlar da "məcburi istirahət”ə gediblər.

Paytaxtın “Tarqovı” kimi tanınan Nizami küçəsində, “Azərbaycan” prospektində, İstiqlaliyyət küçəsində məşhur geyim dükanları, ətir mağazaları, “Çudo Peçka”, brend mallar satılan dükanların bir çoxu artıq bağlanıb. Fotolar

"Torqovy" küçəsi
"Torqovy" küçəsi

Davamı

​
XS
SM
MD
LG