Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:16
Manat
Manat

AzadlıqLive -Manat Bakıya rayonlardan maşınla daşınır?

Ölkədə və dünyada baş verənləri burdan izlə

12:51 28.12.2015

Mərkəzi Bankdan manat açıqlaması

«Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı istirahət günlərində - dekabrın 26-27-də yayılmış şayiələrin əsası yoxdur».

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsiri altında formalaşır.

Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

Bu il dekabrın 21-də Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçib.

12:57 28.12.2015

Kürd liderlər muxtariyyət istədi

Türkiyənin cənub-şərqində görüşən kürdyönlü təşkilatların başçıları bölgə üçün özünüidarə tələb ediblər.

Reuters agentliyi qeyd edir ki, bu bəyanat hökumət qoşunlarının ölkənin cənub-şərqində, kürdlərin sıx yaşadığı rayonlarda apardığı ağır təhlükəsizlik əməliyyatı əsnasında səslənib.

Ankara əməliyyatın gedişində 200-dək kürd silahlının öldürüldüyünü bildirib.

Kürd QHT-ləri birləşdirən Demokratik Xalq Konqresi (DTK) muxtariyyət tələbini Diyarbakırda keçirilən ikigünlük görüşün sonunda elan edib.

Toplanışın yekun bəyanatında deyilir ki, “xalqımızın ədalətli mübarizəsi” yerli özünüidarə və yerli demokratiya üçündür.

13:23 28.12.2015

"Gələn ilin 2-ci yarısında neft qalxacaq"

Zəif neft bazarının 2016-cı ildə nisbətən canlanması gözlənilir ki, bu da neft istehsal edən ölkələrin valyutalarını dirçəldə bilər.

Bunu CNBC təhlilçilərə istinadla yazır. «Neft bazarı aşırı təchiz olunub və qısa perspektivdə durum yaxşı görünmür. Ancaq ilin ikinci yarısında dirçəlmə baş verə bilər», - «UBS Wealth Management» şirkətindən Dominic Schnider deyir.

Qiymət artımı neft ölkələrinin valyutalarında da artıma səbəb olacaq. ABŞ iqtisadiyyatına sıx bağlı Kanada dollarında da belə bir yüksəliş gözlənilir. Bu il Kanada dolları ABŞ dollarına qarşı 20 faiz düşüb. Bu arada neft də 40 faizədək enib.

Hazırda WTI və «Brent» markalı neftin barreli 38 dollar civarında var-gəl edir. Neftin qiymətində dirçəlməni təkcə UBS-dən Schnider gözləmir.

«Yaxın Şərqdə çoxlu müharibələr gedir; təkcə Şimali Amerikada neft buruqlarının sayı ildən-ilə 60 faiz düşür – yəni ortaya çox imkanlar çıxacaq» - Nyu-Yorkda «Battery Park Capital»ın baş investisiya rəsmisi Bill Smith deyir. Onun fikrincə, tələb də artacaq və neftin qiymətini tez, ya da gec yüksəldəcək.

13:44 28.12.2015

Dolları baha satanları polis tutur

DİN-dən APA-ya verilən məlumata görə, "polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”.

Davamı

XS
SM
MD
LG