Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Milli Məclis ABŞ-a qarşı sanksiyalara baxır


Milli Məclis
Milli Məclis

-

Dekabrın 29-da Milli Məclisin plenar iclasında «ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında» qanun layihəsi təqdim olunub.

Layihənin müəllifi deputat Rövşən Rzayevdir.

R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrində müzakirəyə çıxarılmasını təklif edib. «Bu, mənim Azərbaycana qarşı ikili standartlara etirazımdır», - o qeyd edib.

Milli Məclisin spikeri Oqtay Əsədov qərar layihəsinin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib. («Turan»)

XS
SM
MD
LG