Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:14

-

İstanbuldan gələn məlumatlara görə, dekabrın 8-də Türkiyənin qərb sahilində, Egey dənizində qaçqınları daşıyan qayıq aşıb, 6 aylıq körpə daxil olmaqla, 6 əfqan uşaq həlak olub.

Qayıqdakı 8 nəfər İzmir şəhəri yaxınlığında xilas edilib. Onların içində 12 yaşlı bir oğlan da var.

Bu il 500 mindən çox qaçqın Türkiyədən keçərək kiçik qayıqlarda yunan adalarına çatmağa çalışıb. Onlar əsasən Suriya, Əfqanıstan və Pakistandan gələnlərdir.

Türkiyə noyabrın 29-da Avropa Birliyi ilə razılaşma imzalayıb, 3 milyard dollar yardım müqabilində qaçqın axınını saxlamağa boyun olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG