Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli ilə söhbət:
-Son illər intihar edənlər arasında özünü yandırmaq da geniş yayılıb. Niyə görə yandrmaq? Bu diqqəti özünə, probleminə daha çox cəlb etmək üçündür?
-Bəli. İntiharlar monoloji və dioloji olur. Monoloji insan şəxsiyyətinin hansısa yaranmış münaqişəsi, problemidir. O problem onu tənha qoyur. Problemin həll olunmasını görmür. Çıxış yolu görmədiyinə görə, yeganə çıxış yolunu özünü öldürməkdə görür. Bu monolojidir. Adətən belə intiharlar arasında daha çox refalizə olunmuş, yəni, ölümlə nəticələnmiş intiharlar olur. Adətən belə insanlar qabaqcadan xəbərdarlıq eləmirlər, hansısa yazılar yazmırar. Bu intiharları qapalı yerdə, öz evlərində edirlər. Digəri isə diolojidir. Buna nümayişkar intiharlar deyilir. Bu insanın məqsədi daha çox öz intiharı ilə öz probleminə digər insanların, cəmiyyətin diqqətini cəlb eləməkdir. Ona görə də bu cür intiharları adətən hansa meydanda, binanın qarşısında, küçədə eləyirlər. Nümayişkarlıq nöqteyi- nəzərdən intihar üsulunun ən parlağı özünü yandırmaqdır. Ancaq insanların çoxu bilmir ki, özünü yandırmaq üsulu parlaq və nümayişkarənə olsa da insanın həyatı üçün böyük təhlükə daşıyır. Hətta onu vaxtında söndürsələr də belə yanğının fəsadları insanın ölməsinə gətirib çıxarda bilir.
Bu günki AzadlıqLive-da:
Azərbaycanda niyə intihar edənlər özünü yandırmaya əl atırlar?
Azərbaycanın Baş Psixiatrı Gəray Gəraybəyli izah edir
Uşağa qoyulması qadağan olunan 217 ad açıqlandı-Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova:
Nardarana texnika yeridilib
Dekabrın 1-də səhər saat 8.00-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirilməsinə başlayıb.
Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin yaydığı birgə məlumatında belə deyilir.
Məlumatda bildirilir ki, plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub. Hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Daha ətraflı burada oxu.
«Bakı bulvarındakı gəzinti parovozları Akif Çovdarovun oğluna məxsusdur»
Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, Akif Çovdarov tərəfindən təhdid olunan, öldürüləcəyi ilə hədələnən sahibkar Roman Səfərov deyib.
R.Səfərovun dediklərindən belə məlum olub ki, bulvarda fəaliyyət göstərən parovozlar generalın oğlu Ruslan Çovdarova məxsusdur. Əsasən turistləri gəzdirən bu dekorativ qatarlar Eldar Mahmudovun gündən-günə böyüyən biznes imperiyasına hər gün öz «qəpik-quruş töhfəsi»ni verirmiş.