Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23
manat
manat

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:12 30.11.2015

ABŞ Türkiyənin "bəhanələrini" eşitmək istəmir

ABŞ prezidenti Barack Obama Türkiyəni özünün Suriya ilə sərhədinin 100 kilometrlik sahəsini bağlamağa çağırıb. İki ölkə arasındakı sərhəddə bu sahə hazırda özünü İslam Dövləti adlandıran təşkilatın hər iki tərəfə sərbəst keçə bidliyi ərazidir.

ABŞ mediası yazır ki, Türkiyə ilə Suriya arasındakı 885 kilometrlik sərhədin bütünlüklə bağlanması İŞİD-ə öldürücü zərbə olardı.

Mətbuat yazır ki, İŞİD-in cihadçı ordusunun sıralarını minlərlə əcnəbi ilə doldurulmasında məhz bu sərhədin nəzarətsizliyi həlledici rol oynayıb.

ABŞ Türkiyənin “bəhanələrini” eşitmək istəmir

ABŞ mətbuatının yazdığına görə, Vaşinqton Ankaraya bildirib ki, “bundan sonra onun sərhədin açıq qalan qısa bir hissəsini bağlamaqda aciz olduğuna dair bəhanələrini eşitmək istəmir”.

“Oyun qaydaları dəyişir. Həvəsdir bəsdir! Sərhəd bağlanmalıdır” – deyib Obama administrasiyasının yüksək vəzifəlisi The Wall Street Journal qəzetinə.

13:17 30.11.2015

Hacı Məmmədov hələ hamısını deməyibmiş...

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov dövlət başçısına müraciət edib.

Məlumatı Report.az yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan H.Məmmədov son illərdə ilk dəfə ailə üzvləri ilə görüşüb.

Ona ailə üzvlərinin vasitəsi ilə vəkil tutulub. Vəkil artıq H.Məmmədovla görüşüb. H.Məmmədov yeni vəkilinə bildirib ki, ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olan dövrdə hədə-qorxu və təzyiqlər edildiyi üçün məhkəmədə sözünü deyə bilməyib.

H.Məmmədov qeyd edib ki, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi yoxdur. O, Z.Nəsirovun süni olaraq, bu işə cəlb edildiyini deyib.

DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulub.

2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.

13:21 30.11.2015

Erdoğan Nazarbayevlə danışıb

Qazaxıstan prezidenti Nursultan Nazarbaev Türkiyə və Rusiyanı Rusiya təyyarəsinin vurulmasını araşdırmaq üçün ikitərəfli komissiya yaratmağa çağırır.

Noyabrın 24-də Türkiyə Suriya ilə sərhədində Rusiya bombardmançısını vurub.

Nazarbaev noyabrın 30-da türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefonla danışıb. O, Ankaranın Rusiya ilə münasibətlərinin pisləşməsindən narahatlığını bildirib.

Prezidenti mətbuat xidmətinin məlumatına görə, Nazarbaev Erdogan-a deyib ki, tərəflər münasibətləri saxlamaq üçün “məsuliyyətli münasibət nümayiş etdirməlidirlər”.

14:14 30.11.2015

Rusiyada sürücülər etiraz edir

Rusiyada yüzlərlə yük maşını sürücüsü Moskvaya doğru hərəkət edərək hökumətdən yeni yol vergisini təxirə salmağı tələb edir.

Sankt Peterburqda etiraz edən sürücülərdən biri A. Rastorguyev deyib ki, 200 yük maşını Moskvaya doğru hərəkət edir, noyabrın 30-da şəhər kənarında planlaşdırılan etirazda iştirak edəcək. Onlara Rusiyanın digər yerlərindən də etirazçılar qoşulacaq.

Bəzi regionlarda yerli rəhbərlik yük maşınlarının paytaxta yürüşünün qarşısını ala bilib.

Üç həftədir yük maşınları sürücüləri yeni vergiyə etiraz edirlər. Həmin vergi səbəbindən nəqliyyat xərcləri 15-20 faizi artacaq.

Rəsmilərin fikrincə, məqsəd yollara yük maşınlarının vurduğu ziyanı aradan qaldırmaq üçün bərpa işləri həyata keçirməkdir. Tənqidçilər isə yeni verginin kiçik və orta şirkətləri iflasa uğradacağını, inflyasiyanı qaldıracağını deyirlər.

Davamı

XS
SM
MD
LG