Dünya AİDS günü: Xəstəlik geri çəkilir. Azərbaycanda necə?..
Bu gün Azərbaycanda 1519 nəfər AİDS xəstəsi var. Bu vaxtadək xəstəlikdən 681 nəfər vəfat edib.
Rusiya-Türkiyə gərginliyi: İlham Əliyevin ən yaxşı yolu
«Rusiya-Türkiyə gərginliyinin artması Azərbaycanı çətin duruma salır. Enerji qiymətlərinin düşüşünün ölkə iqtisadiyyatını sıxdığı bir vaxtda rəsmilər daxili sabitliyi saxlamaq naminə həm Türkiyə, həm Rusiya ilə güclü münasibətləri qorumalıdırlar». Bunu eurasianet.org saytında Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədov yazır. Ancaq onun məqalədə şəxsi mövqedən çıxış etdiyi qeyd olunur.
Müəllif yazır ki, Türkiyə qırıcısı noyabrın 24-də Rusiyanın «Su-24» bombardmançısını vurandan sonra Türkiyə cidd-cəhdlə Azərbaycanın dəstəyini almağa çalışdı. Xarici işlər naziri Mevlüt Cavuşoğlu Bakıya səfər etdi. Baş nazir Ahmet Davutoğlu elan etdi ki, Ankara Dağlıq Qarabağı azad etmək üçün mümkün hər şeyi edəcək. Ancaq onlar Bakının cavabından məyus oldular. Prezident İlham Əliyev və digər rəsmilər bu məsələdə tərəf tutmaqdan imtina etdilər, təəssüf bildirərək vasitəçilik təklifi irəli sürdülər
Davutoğlu Bakıya gəlir
Türkiyənin baş naziri dekabrın 3-də günorta saatlarında Azərbaycana gələcək. O, həmin gün Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəcək. Növbəti gün Davutoglu-nun ADA Universitetində çıxışı planlaşdırılır.
Türkiyə baş nazirinin Azərbaycan səfəri dekabrın 4-də başa çatacaq.
11 ayda Rusiya Türkiyədən 700 milyon dollarlıq meyvə-tərəvəz almışdı
Rusiya Türkiyədən meyvə-tərəvəz gətirilməsinə qadağa qoyub. İnflyasiya amili gözə alındığından, qadağa 3-4 həftə sonra tətbiq ediləcək.
Rusiyanın baş naziriDmitry Medvedev Türkiyəyə sanksiyalardan danışıb: «Biz türk iş dünyasının bu böhranda heç bir günahı olmadığını bilirik. Onlar Türkiyə rəhbərliyinin davranışının əsiri oldular. Ancaq təəssüflə, zərər görəcəklərini də qəbul etmək məcburiyyətindəyik».
İlin ilk 11 ayında Rusiya Türkiyədən 704 milyon 600 min dollarlıq meyvə-tərəvəz idxal edib.
Rus embarqosu kimə daha çox ziyandır?