2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 03:52
manat
manat

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

14:50 1.12.2015

Evlərdə axtarış gedir

Hazırda Nardarandakı İmam Hüseyn meydanında zirehli texnika dayanıb. Evlərdə axtarış aparılır. Xüsusi təyinatlı polis qüvvələrinin qadın əməkdaşları qadınların üstündə axtarış aparır.

Axtarış aparılan evlərdən biri noyabrın 26-da Taleh Bağırzadə və tərəfdarlarının saxlanıldığı Bünyadovların evidir.

Bu haqda AzadlıqRadisouna adının çəkilməsini istəməyən Nardaran sakini məlumat verib.

15:05 1.12.2015

"Rəsmi İslam fiqhi və kəlamı İŞİD və İŞİD-çilərin yaranması və çoxalmasına şərait yaradır"

"İD qruplaşmasının nəzəri təməllərini sarsıdan və ona zərbə vura biləcək yalnız və yalnız bir şey var: İnsan Haqları Bəyannaməsinin tanınması."

Bu sözlərin müəllifi Məhəmməd Müctəhid Şəbüstəri 1936-cı ildə İranda Şəbüstər şəhərində anadan olub. O, müqayisəli dinşünaslıq, İslam fiqhi və Quranşünas olmaqla yanaşı, İranda Hermenevtika elminin təməlini qoyanlardan biridir.

M.M.Şəbüstəri İran İslam İnqilabından öncə Almaniyanın Hamburq şəhərində yerləşən İslamşünaslıq Mərkəzinin direktoru olub və İrana qayıtdıqdan sonra Tehran Universitetinin professoru kimi çalışıb.

İranın ən məşhur dinşünaslarından olan M.M.Şəbüstəri bu məqaləsində İD qruplaşmasının elə əsl İslam olduğunu iddia edir.

17:15 1.12.2015

İnsan ömrünü 120 ilə çatdıracaq dərmanın sınağı başlandı

ABŞ-da dekabrın 1-dən metformin dərmanının geniş sınaqlarına başlanır. 3 min insan üzərində sınaqdan keçiriləcək bu dərman ömrü uzatmaqda ən perspektivli vasitə hesab olunur. Siçanlar üzərində sınaqlarda bu dərman siçanların ömrünü 40 faiz uzadıb.

Bu hesabla, alimlərin fikrincə, metformin insan ömrünü 110-120 ilə çatdıracaq. Telegraph qəzeti yazır ki, dərmandan istifadə günə təxminən 15 sentə başa gəlir. Yəni, çox ucuzdur (Azərbaycan pulu ilə günə təxminən 15 qəpikdir).

18:06 1.12.2015

Türkiyədən Rusiyaya pomidor gətirmək olmaz

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən gətirilməsi qadağan olunan məhsulların siyahısını açıqlayan qərarı imzalayıb. Türkiyədən, o cümlədən, pomidor, çiyələk, brokkoli, rəngli kələm, duz, qərənfil gətirmək qadağan olunur.

Davamı

​
XS
SM
MD
LG