Keçmiş nazir müavini əsas şahidlıəri tələb edir
«Məhkəmə uzanır, əsas şahidlərin gətirilməsi təmin olunmur. Tələb edirəm ki, əsas şahidlər məhkəməyə gətirilsin. Bu iş bitsin».
Bunu noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimov deyib.
Malidə 80 girov azad olunub
Malinin paytaxtı Bamakodakı oteldə girov götürülmüş 170 nəfərdən 80-ni azad edilib. Həmçinin girov götürənlərdən 3-nün öldürüldüyü xəbər verilir. Polis və xüsusi təyinatlı qüvvələr əməliyyatı davam etdirirlər. Hadisə yerinə BMT-nin sülhməramlı əsgərləri və Malidə islamçı yaraqlılara qarşı mübarizə aparan Fransa əsgərləri də gətirilib.
Fransa girov böhranını yoluna qoymaq üçün Maliyə elit birləşmələr göndərir.
Təhlükəsizlik xidmətinin məlumatına görə, 10-a yaxın cihadçı diplomatik nişanlı maşınlarla hotelin ərazisinə girib və içəri daxil olaraq 7-ci mərtəbədə atəş açmağa başlayıblar.
Ağacda qalan xurmalar
“İki həyətimdə 20-dən çox xurma ağacı var. Hamısı da meyvə gətirib. Bəziləri korolyokdur, yəni indi yeyiləsidir, bəziləri isə dəyir, sonra yeyirsən. Keçən il Rusiyaya mal aparanlar gəldi, yeşiyini 3 manatdan verdim. Hardasa 12-14 kilo gəlir. İndisə 2 manatdan istədilər, heç əziyyətinə dəymir”. Ətraflı burada
Rəsmi statistikaya görə, ölkədə xurma istehsalı 2011-ci ildə 146 min ton olmuşdusa, keçən il 140 min tona düşüb. İstehsalın azalması xurmanın əsas vətəni olan Gəncə-Qazax iqtisadi regionunda da müşahidə olunur. İki il əvvəl regionda 62 min tondan artıq xurma istehsal edilmişdisə, 2014-cü ildə istehsal 2500 ton azalıb.