Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:19
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

13:15 16.11.2015

Qərb Azərbaycan hakimiyyətini sıxdıqca...

«Yeni Müsavat» qəzeti yazır ki, hakim komandada ciddi dəyişiklikləri zəruri edən əsas amillərdən biri də YAP-ın hələ də «radikal» damğası ilə tanıtdığı müxalifətin... yoxluğudur: «Məntiqlə əksinə olmalı, iqtidar güclü müxalifət səbəbindən dəyişikliklərə meylli olmalı idi. Amma müxalifət siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra dövlət başçısı müxalifət funksiyasını da icra etməkdədir. O, komandasını müxalifət adından danışanlardan daha sərt tənqid edir, işlərini düzəltmək sürəci verir və cəza tədbirləri görür. Nəinki daxili məsələlərdə müxalifətin tələblərini, hətta xarici dövlət başçılarının xahişlərini eşitməkdən xoşlanmayan prezidentə, görünür ki, belə işləmək daha rahatdır...Qərb Azərbaycan hakimiyyətini sıxdıqca, Rusiya yaranmış fürsətdən istifadə edir, Azərbaycanın bütün sahələrinə əl qoyur, özünü dost kimi sırıyır. Qərblə qarşıdurma, Rusiya ilə xoş olmayan yaxınlaşma davam etdikcə, hakimiyyətin yalnız bir optimal yolu qalır: daxildən real olaraq güclənmək, siyasi islahatlara başlamaq və ölkəni qarşıdakı çətin dövrə hazırlamaq».

13:19 16.11.2015

Mehriban Əliyeva seçkidə 2 saata qalib gəlib

Namizədlər arasında ən çox səsi 14 saylı Xəzər Seçki Dairəsindən hazırkı deputat Mehriban Əliyeva qazanıb. Rəsmi məlumata görə, həmin dairə üzrə seçicilərin 39309 nəfəri səsverməyə qatılıb və onların 38029 -u (96.7%-i) ölkə başçısının xanımına səs verib. Bu dairə üzrə 40 saylı məntəqədə artıq saat 10-dək xanım Əliyevanın qalib olmağı təmin edilib.

14:54 16.11.2015

Əsil AXCP kimdir?

AXCP adına iddialı iki təşkilat arasında mübahisə haqda siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, iqtidar siyasi rəqibi olan Əli Kərimlini sıradan çııxartmaqda israrlıdır: «Bu gün məsələ açıq qalır. Nə Razi Nurullayevin yaratdığı qrupu, nə də Əli Kərimlinin sədr olduğu partiya AXCP kimi tanınmır. Görünür, hakimiyyət yerli və xarici rəyi gözləyir. Əslində, baş verənlər hüquqa hörmətsizlikdir. Hər kəs gerçək AXCP-nin ünvanını yaxşı bilir. Əgər qanuna hörmətsizlik baş verərsə və AXCP Əli Kərimlidən alınarsa, yenə də Razi Nurullayevin rəhbərlik etdiyi qrup bu ada iddia edə bilməyəcək. Qısa zamanda dağılacaq. Hakimiyyətin məqsədi Razi Nurullayevin qrupunu AXCP kimi tanımaq deyil, Əli Kərimlinin sədri olduğu təşkilatı sıradan çıxartmaqdır. Buna verilən yerli və xarici reaksiyalar isə iqtidarı qane etməyə bilər. Odur ki, hakimiyyət soyuqqanlı qərarlara üstünlük versə, onun üçün daha məqbul olardı…».

14:59 16.11.2015

İlham Əliyev G-20 sammitində Azərbaycanda əlverişli sərmayə mühitindən danışıb

Bu gün Türkiyənin Antalya şəhərində G-20 "Böyük İyirmilik" ölkələri liderlərinin sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın prezidenti İlham Əliyev çıxış edib.

AzərTac xəbər verir ki, Azərbaycan prezidenti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Sonra Azərbaycan prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar Türkiyə və Fransa xalqlarına başsağlığı verib və bildirib ki, Azərbaycan Türkiyənin və Fransanın yanıdadır.

Daha sonra prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkədə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.

Davamı

XS
SM
MD
LG