Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:15
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

15:15 16.11.2015

Deputat olmayanlar indi neyləyəcək?

Modern.az saytı gələcək 5 ildə deputat olmayacaq hazırkı deputatların (artıq onlara eks-deputat deyə bilərik-red) yeni iş sahələrini öyrənə bilib.

Aydın Abbasov verdiyi sözü tutub. Məlumat üçün deyək ki, Aydın Abbasov Modern.az-a bundan əvvəlki açıqlamalarının birində Çin dilini öyrənəcəyini demişdi.Artıq o, Çin dilini öyrənməyə başlayıb.

“Axırıncı dəfə sizinlə danışandan dərhal sonra bu işə start verdim. Çinin iqtisadi modelini öyrənirəm. Araşdırmalar aparıram. Çin iqtisadiyyatı dünyada aparıcı fiqurlardan biridir. Eyni zamanda, yavaş-yavaş Çin dilini də öyrənməyə başlayacam. Əsas odur ki, bu yola çıxmışam. Ya çinlilər Azərbaycan dilini öyrənəcək, ya da mən Çin dilində danışacam”.

Elton Məmmədov isə elmi fəaliyyətini davam etdirəcək.

“Elmi-pedaqoji fəaliyyətimi davam etdirirəm. Elm sahəsi tədqiqatlarla zəngin olan sahədir. Ona görə də elmin hər dəqiqəsi yenilik deməkdir. Elmi-tədqiqat sahəsində aparılan iş elmə yenilik gətirir. Biz də bununla məşğuluq. Çünki layihələrin icrası zamanı aparılan tədqiqatlar əsas verir ki apardığımız və tərtib etdiyimiz elmi hesabatlarda bunların hamısı öz əksini tapır”.

Ceyhun Osmanlı da yeni planlarından danışaraq fəaliyyətə başladığını deyib.

"Artıq məni təbrik edə bilərsiniz. Türkiyə və Azərbaycanın birgə istehsalı olan əsasən türk aktyor, aktrisa rejissorların iştirak etdiyi film üzərində işləyirdik. Nəhayət, film bitib. Artıq Türkiyənin bütün sinemalarına bu film təqdim olunub. Film bir qarabağlı gəncin taleyindən bəhs edir. Filmdə dünyaya müharibənin insanların həyatında necə rol oynadığı göstərilib. Filmdə Qarabağ ideyası əsas yer alıb.Mən bu filmin prodüsserlərindən biriyəm."

15:51 16.11.2015

23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı verilib

"Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə Azərbaycanda 4201 oğlana və 8 qıza Həsən adı verilib. İki qız uşağına isə Həsanağa adı qoyulub.

Eləcə də, son beş ildə 760 qıza, 7 oğlana Aygün, 172 oğlana , 4 qıza Səxavət, 288 oğlana və 3 qıza Ədalət, 2802 oğlana və 25 qıza Nurlan, 454 oğlana və 4 qıza Rövşən, 13 902 oğlana , 23 qıza Hüseyn, eyni zamanda, daha 23 qıza Məhəmməd, 20 minə yaxın qıza, eləcə də 86 oğlan uşağına Zəhra adı verilib.

Son beş ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti kimi Azərbaycan şairlərinin adını heç kim övladına verməyib.

17:20 16.11.2015

İnternetdə problemin səbəbi açıqlanıb

Azərbaycanda internetin fasiləsiz təminatında, internet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.

"Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Delta Telecom" şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır", - deyə RYTN-dən bildirilib.

17:39 16.11.2015

Delta Telecom-da yanğın

Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar xəsarət alıb: "Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunub, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq".

Davamı

XS
SM
MD
LG