Hər 3 nəfərdən 2-si maliyyə məsələsində savadsızdır
Dünyada hər 3 nəfərdən 2-si maliyyə baxımından savadsızdır. Bunu «Standard&Poor's» Qlobal Maliyyə Savadlılığı Sorğusu üzə çıxarıb. Sorğunu «Gallup»sorğu mərkəzi keçirib, Dünya Bankının, Corc Vaşinqton Universitetinin tədqiqatçıları isə məlumatları təhlil edib.
Maliyyə savadlılığı pulun necə işlədiyini anlamaqdır: adamlar pulu necə qazanırlar, necə idarə edirlər, necə yatırım qoyurlar, digərlərinə necə yardım edirlər.
148 ölkədə 150 min nəfər arasında sorğu aparılıb. Bəlli olub ki, Skandinaviya ölkələrində maliyyə savadlılığı daha yüksəkdir. Norveç, Danimarka və İsveçdə bu rəqəm 71%-dir. İsrail (68%), Kanada (68%), Böyük Britaniya (67%), Niderland (66%) və Almaniya (66%) öncül yerləri tutur. Birləşmiş Ştatlar 14-cü yerdədir.
Yəmən (13%), Albaniya (14%) və Əfqanıstan (14%) dünyada maliyyə baxımından ən savadsız ölkələrdir. Hər 7 nəfərdən 1-inin pul məsələlərindən başı çıxır.
Azərbaycanda maliyyə savadlılığı 36%-dir. Ermənistanda 18, Gürcüstanda 30, Rusiyada 38, Ukraynada 40%.
Dövlət Departamenti "İzvestiya" qəzetinin səhvlərini düzəldir
Birləşmiş Ştatların Dövlət Departamenti “saxta məktub” dərc etməsi ilə bağlı Rusiyanın hökumətyönlü “İzvestiya” qəzetini lağa qoyub.
Keçmiş rəsmi sovet qəzeti olan “İzvestiya” bu yaxınlarda dərc olunmuş məqalələrindən birində ABŞ rəsmisi Randy Berry-nin adından yazılmış saxta məktubu dərc etmişdi.
Məktubla yanaşı çap olunmuş məqalədə qəzet iddia edirdi ki, ABŞ rəsmisi Randy Berry Rusiyada homoseksualların hüquqlarını müdafiə edən Nikolay Alekseyevə təşəkkürünü bildirib.
Real gəlirlər artıbmı?
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 33.5 milyard manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda belə deyilir.
Komitədən bildiriblər ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi 4.4 faiz yüksəlib. Bununla da ölkənin istehlak bazarında qiymət artımını 0.7 faiz üstələyib.
İqtisad elmləri namizədi Nemət Əliyev isə əhalinin gəlirlərinin qiymət artımını üstələməsi ilə bağlı DSK-nın açıqladığı rəqəmə inanmır. O, bildirir ki, statistika komitəsi real mənzərəni vermək üçün qiymət artımını gəlirlərlə yox, əmək haqları ilə müqayisə etməli idi . Nemət Əliyev deyir ki, ölkə əhalisinin 4 milyon 600 mini məşğul insanlardır
Orfoqrafiya lüğətinin 6-cı nəşri mübahisə doğurur
«Azərbaycan dilinin orfoqrafiya lüğəti» kitabının 6-cı nəşrində yer alan bəzi sözlər birmənalı qarşılanmayıb. Həmin sözlər «cordanabənzər», «ağzıheyvərə», «adheziya», «badgir», «badış», «bası», «bayqu», «bazı», «cacıq», «gəllahı», «gəbr», «gəncəfə», «giran», «giriban», «qoduş» və s.-dir. Bu haqda «Report» xəbər verir.