Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

17:51 19.11.2015

Rusiyada Wikipedia bağlana bilər

Rusiyada narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə aparan federal qurum Wikipedia-da beş rusdilli məqalədə qadağan olunmuş informasiya aşkar etdiyini bildirir.

Həmin beş məqalə ilə birlikdə bütün resursa giriş qapadıla bilər.

18:20 19.11.2015

Ermənistan parlamentində qapalı iclasda Lavrovun səfəri müzakirə olunur

Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə qapalı iclas keçirilir

“news.am” xəbər verir ki, iclasda xarici əlaqələr komissiyasının, AŞPA-dakı nümayəndə heyətinin üzvləri, müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan iştirak edir. Agentlik bildirir ki, iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfərinin müzakirə olunacağı gözlənilir.

Lavrovun Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.

21:01 19.11.2015

Bu günki AzadlıqLive-da:

Bakının rayonlarında istilik verilməsi niyə gecikir?

Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid

Vəkili deyir ki, Leyla Yunusun sağlamlığı bərbad vəziyyətdədir

Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

13:01 20.11.2015

Polyaniçko gedib İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Uzun illər Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışmış Bayram İsmayılov Cinayət Axtarış İdarəsinin müvəkkili kimi 1991-ci il 20 noyabrda vurulan helikopteri görənlərdən olub. O, müşahidələrini«Təzadlar»a danışıb:

«Hadisə yerində vertolyot yanmış vəziyyətdə idi və onun bəzi hissələri ətrafa səpilmişdi... Qanadlarında isə iriçaplı silahdan atılmış güllə yerləri aydın görünürdü... Vertolyotda olmuş insanlar yanmış halda bir-birinin yanına və üstünə qalaqlanmışdılar. Tofiq İsmayılov və vertolyotu idarə edən vertolyotçu isə təpənin maili hissəsində, vertolyotdan təxminən 6-7 addım aralıda ölmüş vəziyyətdə yerə uzanmışdılar...Onların bədəni üzərində heç bir yanıq izi yox idi, mən bunu dəqiq deyirəm, yəni özüm görmüşəm... Allah rəhmət eləsin, Tofiq İsmayılovun gözləri açıq idi... Mən onun gözlərində dəhşətli bir ölümün sözlə ifadə edilməz izlərini gördüm. Dəqiq yadımdadır, Polyaniçko gedib İsmət Qayıbovun qarşısında təxminən 5 dəqiqə dayanıb ona baxdı... Maraqlıdır ki, o, yalnız İsmət Qayıbovun yanında dayandı, sonra kənara çəkildi».

Davamı

XS
SM
MD
LG