Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

Albaniyada idealist nəşriyyat necə uğurlu oldu?


Bujar Hudri, Onufri Nəşriyyatının direktoru
Bujar Hudri, Onufri Nəşriyyatının direktoru

- Görkəmli çağdaş alban yazıçısı, Man Booker mükafatının 2005-ci il qalibi İsmayıl Kadare deyir:

“Bugün və gələcəkdə əsərlərimin çapını Albaniyadakı bir çox nəşriyyatlar arasında yalnız Onufri nəşriyyatına həvalə edirəm. Bujar Hudri ciddi naşirdir. Onun motivi pul qazanmaq hərisliyi deyil, təəssüf ki, bu hərislik bugünkü Albaniyada və Şərqi Avropada geniş yayılıb. O, idealistdir.”

Həmin Bujar Hudrinin köməkçisi Oxu Zalının yazılı suallarına cavab verib

- Bu nəşriyyatın ilk illərini necə xatırlayırsınız?

- 1991-ci ildə Albaniyada kommunist rejim çökdü. Bizə etnik, dini münaqişələr, səfalət miras qaldı. Köhnə alban-serb münaqişəsi alovlandı. Onufri Nəşriyyatı açılanda əhali kitab əhvalında deyildi. Yazıçılar, alimlər ümidsizlik içindəydilər. Onların yazdığı kommunist mətnlər artıq işə yaramırdı. Pasifistlər xaricə üz tuturdu. Qalanlar bütün günü şahmat oynayırdı.

Alban kommunisti Enver Hoxha (1908-1985)
Alban kommunisti Enver Hoxha (1908-1985)

Tirana şəhərinin baş meydanında Enver Hoxha’nın heykəli yıxılandan sonra çoxlarının evindən əlyazmalar çıxdı.

Bunlar klassik alban yazıçılarının qadağan olunmuş əsərləri, yunan və latın klassiklərinin evlərdə gizli tərcümə olunmuş əsərləri idi.

O zamanın kommunist Albaniyasında Sofokl, Edip, Ovid, Torquatto Tasso və başqa bu kimi klassiklərin əsərləri qadağan idi. Milli ədəbiyyata və tərcümə olunan əsərlərə sərt senzura hökmran idi.

1992-ci ildə noyabr ayında bu müstəqil nəşriyyatı qeydiyyatdan keçdi və ilk kitabımızı buraxdıq. Bu, alban yazıçıların hekayələr almanaxı idi. Uzun müddətdən sonra ilk dəfə öz qərarımızla, heç bir dövlət orqanından icazə istəmədən alban dilində bədii və elmi, klassik və müasir kitablar çap etməyə başladıq.

İlk ofisimiz Albaniya Yazıçılar Cəmiyyətinin binasında bir otaq idi. Çox kasıb nəşriyyat idik.

Cəmi iki kompüterimiz vardı. Bujar Hudri işə hər gün Elbasan şəhərindən Tiranaya qatarla uzun yol gəlirdi.

Amma çox həvəsli idik milli əsərləri oxumağa və insanlara çatdırmağa. O zaman başqa nəşriyyatlar da vardı, bizdən daha çox işçisi olan nəşriyyatlar vardı. Amma onlar çətin dövrə düşən kimi pul qazanmaq üçün kitab çap etməyə başladılar.

Kommunizmin çökdüyünü görmədən vəfat etmiş Henrix Lacaj kimi idealist tərcüməçilərin nəvələri o nəşriyyatlara babalarının əlyazmalarını aparanda işçilərin şahmat oynadığını görür, biganə münasibətdən məyus olurdular.

Biz isə bu əsərləri və tərcümələri çox ciddi qəbul edirdik. Nə qədər kasıb olsaq da, əhəmiyyət verdiyimiz əsas iş ədəbiyyat idi.

1992-ci ildən 1998-ci ilə qədər kitab dükanlarını nəşriyyatımızda çıxan alban ədəbiyyatıyla doldurduq. 1998-ci ildə başladıq alban ədəbiyyatıyla yanaşı, xarici əsərləri də çap etməyə; bunlar Dünya Ədəbiyyatının Qızıl Fondu seriyasından müxtləif janr və trendlərdə kitablar idi ki, hər biri böyük yazıçı İsmayıl Kadarenin ön sözülə çıxırdı.

Sonra alban əsərlərini italyan və ingilis dilində də nəşr etdik...

- Nəşriyyat idealist ola bilərmi? Kitabla adi mallar biznesinin fərqi nədir?

İsmayıl Kadare
İsmayıl Kadare

- Bizim çap etdiyimiz kitabların siyahısı idealist xarakterimizi göstərir. İsmayıl Kadare, Helena Kadare, Noli, Koliqi, Camaj, Fishta, Barleti...

İlk məqsədlərimiz də idealist idi: kommunist rejimin qadağan etdiyi əsərləri çap etmək, milli ədəbiyyatının var olduğunu göstərmək, Alban ədəbiyyatındakı boşluqları doldurmaq istəyirdik. İndiki məqsədlərimiz də idealistdir: Sırf pul qazanmaq üçün kitab çap etməmək.

Çap etdiyimiz hər bir kitab üçün özümüzə sual veririk: bu kitab alban dilini, mədəniyyətini inkişaf etdirməyə xidmət edirmi.

O zaman deyirdik ki, Şekspirin hələ tərcümə olunmadığı dilə magiya ədəbiyyatı tərcümə etmək vicdansızlıq olardı. Adını daşıdığımız rəssam Onufrinin adına layiq iş görmək lazım idi.

Bizim çap etdiyimiz İsmayıl Kadare, Martin Camaj, Mitrush Kuteli, Lucia Nadin kimi müəlliflər Albaniyanın dünyada səsi oldu, beynəlxalq mükafatlar aldılar.

Əgər bir nəşriyyat tez pul qazanmaq üçün ideallar çərçivəsində hərəkət etmək istəyirsə, bunun da yolu var. Ümumi maraq seriyasından kitablar çap edə bilər. Bizim 2012-ci ildə başladığımız Minerva seriyamız kimi.

-Kitabsız mühiti kitab mühitinə çevirmək üçün bir nəşriyyat nə edə bilər?

Yarı-tanınmış Kosovo Respublikasının prezidenti alban yazıçıları İsmayıl və Helena Kadareləri qəbul edir
Yarı-tanınmış Kosovo Respublikasının prezidenti alban yazıçıları İsmayıl və Helena Kadareləri qəbul edir

-Əgər milli heysiyyət güclüdürsə, bizim etdiyimizi edə bilər.

Onufri nəşriyyatının əsas məqsədi pul qazanmaq deyil, alban ədəbiyyatını inkişaf etdirmək, alban mədəniyyətini dirçəltmək idi. Mədəniyyəti ideallarını pul qazanmaq acgözlüyünə qurban vermirik.

Kommunizm çökən kimi, sərhədlər açılan kimi cəmi bir il ərzində xarici ölkələrdən xarici dillərdə o qədər kitab göndərilmişdi ki! Nə yeyirsənsə osan - dediimiz kimi, "hansı kitabı oxuyursansa osan" da deyə bilərik.

Ismail Kadarenin "Ölü ordunun generalı" romanı
Ismail Kadarenin "Ölü ordunun generalı" romanı

O illərdə heç yazıçıların da yazmaq həvəsi yox idi. İsmayıl Kadare kimi böyük bir yazıçı 1990-cı illərin əvvəlində ruh düşkünlüyünə qapılmışdı.

1992-ci ildən 1996-cı ilə qədər, cəmi dörd ilə biz alban ədəbiyyatını necə lazımdırsa dirçəltdik. Cəmi 20 nəfər işçi ilə.

O zaman artıq alban mədəniyyəti qarşısında edə biləcəyimiz ən ali məqsədlərə çatmışdıq. Alban ədəbiyyatını həm ölkənin özündə, həm də dünyada tanıtmışdıq.

Britaniya və ABŞ nəşriyyatlarından bizim çap etdiyimiz alban yazıçılarının müəllif haqqı üçün müraciətlər alırdıq.

-Siyasi hakimiyyətlə münasibətləriniz necədir?

- Onlar bizi dəstəkləyirlər. Axı niyə də dəstəkləməsinlər?! Biz qanunsuz bir iş görmürük, əksinə, bütün Şərqi Avropada yeganə olan əsl kitab nəşriyyatı yaratdığımıza görə bizə hörmət edirlər.

2008, 2010, 2012-ci illərdə Albaniya Milli Kitabxanasının və Mədəniyyət Nazirliyinin Lumo Skendo Bibliophilia mükafatını almışıq. Dövlətin, hakimiyyətin də bizim kitablarımıza ehtyacı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG