Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:12

Qəbri ikinci dəfə açılan şairin öldürüldüyü təsdiqlənir


Pablo Nerudanın yaxınları və dövlət işçiləri ekshumasiyadan sonra onun nəşini aparırlar, 2013
Pablo Nerudanın yaxınları və dövlət işçiləri ekshumasiyadan sonra onun nəşini aparırlar, 2013

- Çili hökuməti Nobel mükafatlı şair Pablo Nerudanın nəşi üzərində ikinci dəfə aparılan araşdırmanın ilkin nəticəsini elan edib, şairin xərçəngdən deyil, diktator Avqusto Pinoçetin sifarişilə öldürülmüş ola biləcəyini təsdiq edib.

Çili Daxili İşlər Nazirliyi bəyan edib: “İlkin nəticə məlumdur. Tamamilə mümkündür və çox ola bilsin ki, Nerudanın ölümündə üçüncü bir tərəf məsuliyyət daşıyır.”

Pablo Neruda sevgi şeirlərinə görə tanınır. Amma o, həm də solçu siyasətçi idi, marksist prezident Salvador Allende’in yaxın dostu idi.

Prezident Salvador Allende 1973-cü il çevrilişilə Pinoçet hakimiyyətə gələndə mühasirəyə alınmış, təslim olmamaq üçün özünü öldürmüşdü.

General Augusto Pinochet, 1973
General Augusto Pinochet, 1973

Həmin vaxt 69 yaşlı Neruda yaxın silahdaşlarının, dostlarının təqib olunmasından, öldürülməsindən narahat idi.

O, mühacirət etmək istəyirdi. Mühacirətdə diktatura əleyhinə nüfuzlu bir səs olacaqdı.

Getməzdən bir gün əvvəl təcili yardım maşını onu prostat xərçəngindən müalicə olunduğu bir xəstəxanaya aparır. Neruda orada vəfat edir. Xəstəxananın məlumatına görə, Neruda xəstəxanada təbii şəkildə ölüb.

Pablo Neruda, 1971
Pablo Neruda, 1971

Nerudanın öldürülə biləcəyindən şübhələr ilk dəfə Çili 1990-cı ildə demokratik dövlət olandan sonra ortaya çıxdı.

2013-cü ildə onun nəşi qəbirdən çıxarılaraq yoxlanmağa göndərildi.

Testlərdə heç bir zəhər tapılmadı, amma onun ailəsi və sürücüsü bu cavabdan məmnun qalmadılar və təhqiqatın davam etdirilməsini istədilər.

Onda hakim daha detallı yoxlamanın mümkün olduğunu dedi və şairin qəbri ikinci dəfə açıldı. Daha detallı araşdırma başlandı ki, həmin araşdırmanın nəticəsi də dünən elan olunduğu kimi, Nerudanın qətlə yetirilmiş ola biləcəyini təsdiqlədi.

XS
SM
MD
LG