Keçid linkləri

2025, 21 Dekabr, bazar, Bakı vaxtı 16:00
Azərbaycan seçkilər
Azərbaycan seçkilər

AzadliqLive - Seçkini online izləmək olar

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

13:23 28.10.2015

125 yerə 767 namizəd qaldı

Beşinci çağırış Milli Məclisə seçkilərdə 767 deputatlığa namizəd 125 yer uğrunda mübarizə aparacaq.

Bu barədə "Report"a Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeydə alınan namizədlər 15 siyasi partiyanı, bir seçki blokunu və təşəbbüs qruplarını təmsil edir. Digər namizədlər isə seçkiyə öz təşəbbüsləri ilə qatılıblar.

MSK-da seçkiləri izləyəcək 3 minə yaxın, dairə seçki komissiyalarında isə 63 mindən çox müşahidəçi qeydiyyatdan keçib. Qeydə alınan beynəlxalq müşahidəçilərin sayı isə 500-dən çoxdur.

Seçki bu həftənin bazar günü - noyabrın 1-də keçiriləcək.

13:11 28.10.2015

Namaz vaxtı restoranı bağlamadı...

İŞİD Mosul əhalisini tabe etdirmək üçün onları öz qəddar qətl və cəza sistemi ilə terrorizə etməkdədir. Hesabatların birindən aydın olur ki, yerli restoran sahibi - 63 yaşlı Karim Alumar namaz vaxtı restoranını bağlamaqdan imtina etdiyi üçün ictimai şəkildə şallaqlanıb.

Sentyabr ayı ərzində İŞİD 118 insanı müxtəlif səhvlərə görə ictimai şəkildə şallaqlayıb. Bu səhvlərə saqqalqırxma, namazı ötürmə, din barədə mübahisə, düzgün geyinməmə, ictimai yerdə siqaretçəkmə və domino oynama daxildir. İŞİD həmçinin oğurluqda ittiham edilən 88 Mosul sakininin qolunu kəsib.

11:29 28.10.2015

"Mədət Quliyev istəsə belə, MTN-ni dəyişə bilməz..."

"Mədət Quliyev istəsə də belə MTN-də nəyisə dəyişmək gücündə deyil. Unutmayaq ki, Mədət Quliyev əvvəlki postunda çox dəhşətli xəta buraxıb. Hələ də Lamiyənin uşağı qapalı sistemdə necə dünyaya gətirdiyi bilinmir. O sistemin rəhbəri kimi Mədət Quliyevin bu səhvi çox ciddi nöqsan idi".saxlayır. Bunu «Azadlıq» qəzetinə hüquqşünas Əyyub Kərimov deyir.

20:38 27.10.2015

Bu günki AzadlıqLive-da:

Pulu daşdan çıxan fəhlə

Aksiyada neçə adam var idi?- mübahisəsinə son qoyan kompüter proqramı

Banka kredit borcu olan hakimi dəyişdirdilər

ATƏT PA-nın ümidi gələn seçkilərə qalır

Davamı

XS
SM
MD
LG