Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:29

ATƏT parlamentarisindən seçki bəyanatı


Isabel Santos
Isabel Santos

-

«Azərbaycan hökumətinin müstəqil və tənqidi səslərə təzyiqi parlament seçkisi öncəsi ziyanlı təsirə malikdir». Bu bəyanatı ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin sədri Isabel Santos oktyabrın 27-də yayıb.

SÜKUTDAN VƏTƏNDAŞLAR ZİYAN ÇƏKƏCƏK

«Seçki müşahidəçisi Anar Məmmədli həbsxanadan seçkini müşahidə edə bilmir. Jurnalist Xədicə İsmayılova barmaqlıqlar arxasından seçki kampaniyası barədə xəbər verə bilmir. İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus – Azərbaycanda siyasi məhbusa çevrilmiş insan haqları müdafiəçiləri və hökumət tənqidçilərinin siyahısı böyüməkdədir. Parlament seçkisi öncəsi bilgili debatların olması vacibdir və Azərbaycan vətəndaşları hökumətin yaratdığı sükutdan daha çox ziyan çəkəcəklər», - Santos deyib.

Parlamentari müxalifət lideri İlqar Məmmədovun həbsxanada döyülməsi xəbərlərindən də narahatlığını bildirib:

«Ölkə rəhbərlərini vətəndaşları və beynəlxalq ictimaiyyət ilə işləməyə, açıq və səmimi dialoq aparmağa, sonucda ölkədə insan haqları və hüququn aliliyini bərpa etməyə çağırıram».

Isabel Santos hakimiyyətlə bu və demokratiyaya bağlı digər məsələlər üzrə konstruktiv əməkdaşlığa açıq olduğunu bəyan edib.

ÜMİD GƏLƏCƏK SEÇKİLƏRƏ QALIB

O, ümidvar olduğunu bildirib ki, hökumət ATƏT-in seçkini müşahidə öhdəliklərinə əməl edəcək və quruma gələcək seçkiləri tam və məhdudiyyətsiz izləməyə şəraiti yaradacaq.

ATƏT Parlament Assambleyası parlament seçkisinin müşahidəsindən imtina edib. Səbəb daha öncə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasını təxirə salması olub. DTİHB səbəb kimi hakimiyyətin qoyduğu məhdudiyyətləri göstərirdi.

Bu qərardan sonra Azərbaycan ATƏT PA-nın payız sessiyasında iştirakı «mənasız» sayıb.

Hakimiyyət ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir.

XS
SM
MD
LG