Tale Bağırzadə: "Həbsxana kiçik zindan idi"
Azadlığa çıxan ilahiyyatçı Tale Bağırzadə: “Bizi ayaq üstə saxlayan, bu mübarizədə güc verən Allah-Təaladır. İlk növbədə şükrümüz, təşəkkürümüz Allahadır. Həbsxana kiçik zindan idi, indi biz böyük zindana daxil olmuşuq. Azərbaycandakı mövcud durum bunu söyləməyə əsas verir ki, fərqi yoxdur Qobustan olsun, ya da digərləri, onlar kiçik zindandır. Ümumi kütlə isə böyük zindandadır. Qobustandan çıxdım, böyük həbsxanaya daxil oldum. Başqa bir hiss keçirmədim. Bu, Azərbaycanın real mənzərəsidir.”Video
Bakı, Yerevan, Tbilisi bazarları - Nə? Neçəyə?
BBC-nin müxbirləri Bakı, Yerevan və Tbilisinin bazarlarında eyni ərzağın qiymətini öyrəniblər və qiyməti müqayisə etmək üçün dollara çeviriblər. Çörək Bakıda ən ucuzdur - bazarda 0,24-0,29 dollardır. Yerevanda 0,52 dollar, Tbilisidə 0,32-0,35 dollardır. Ət isə Bakıda ən bahadır - kilosu Bakıda təxminən 7,6 dollardır. Yerevanda ətin kilosu 5,22 dollar, Tbilisidə 4,83 dollardır.
Bakı Tbilisi Yerevan
Soğan (kq) $0.33-$0.57 $0.44 $0.63-$0.73
Pomidor (kq) $0.48-$0.95 $0.66-$0.88 $0.42-$0.73
Süd (litr) $0,95 $0,88 $0,90
Azərbaycanlı tələbələr Micrtosoft ofisində keçirilən müsabiqədə 2-ci oldu
Sietldə «Microsoft»un baş ofisində keçirilən «Imagine Cup 2015» müsabiqəsində Azərbaycan tələbələrinin layihəsi qaliblərdən biri oldu.
Azərbaycanın «NoObs» komandası ilk dəfə iştirak etdiyi beynəlxalq müsabiqədə ikinci yeri tutub. «NoObs» müsabiqənin finalına «Spinal» adlanan layihə ilə çıxıb. «Spinal» qurğusu onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstdən ibarətdir. İnsan onurğaya pis təsir edən vəziyyətdə oturduqda «Bluetooth» modulu ilə «Windows Phone» platformalı smartfona siqnallar daxil olur.