Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:58

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

13:45 31.7.2015

250 dərmanın qiyməti xeyli salındı

Tarif Şurası daha çox tələbat olan 250-dən çox dərmanın qiymətini təsdiq edib. Həmin dərmanlardan 20 faizinin qiyməti 3, 40 faizinin qiyməti isə 2 dəfədən çox enib. Qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək.

Hazırkı qiymət ilə endirilmiş qiymətlər arasında çox böyük fərq olduğu görünür. Məsələn, Rusiya istehsalı olan “Amlotop” hazırda 10-13 manata satılır – bundan sonra 1 manat 7 qəpiyə satılacaq. Macarıstan istehsalı, 5-7 manata olan “Kardolopin” 1 manat 6 qəpiyə satılacaq. ABŞ istehsalı olan “Liprimar”ın indiki qiyməti 25-31 manatdır. Ancaq 3 manata satılacaq.

16:05 31.7.2015

İsa Qəmbər Emin Milliyə: "Qardaşoğlu,..."

Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər qohumlarının imtina bəyanatından sonra Emin Milli ilə fotosunu paylaşıb və yazıb ki, “qardaşoğlu, özünə yaxşı bax” .

Bir neçə gün öncə E.Millinin qaynı həbs olunub və 23 qohumu ondan imtina etdikləri barədə bəyanat yayıb.

Vaxtilə Emin Milli İsa Qəmbəri 2003-cü ildə meydana çıxmağa qorxmaqda ittiham etmişdi. Tərəflər arasında mübahisə bir müddət mətbuatın gündəmində oldu.

16:38 31.7.2015

"24 ildə belə... hökumət görməmişəm"

«Keçmiş sovet ölkələrində insan haqları sahəsində 24 illik təcrübəm var. Heç vaxt insan haqları liderlərinin həbsi ilə bu qədər cidd-cəhdlə məşğul olan hökumət görməmişəm. Bu liderlərin, onların ailələrinin həyatı məhv olmaqdadır. Bir sıra fəallar və dissidentlər ölkədən qaçıb. Bəzi hallarda hökumət onların ölkədə qalan ailə üzvlərinə təzyiqlərə başlayıb». Bunu «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber yazır

17:05 31.7.2015

"Polislər" karikaturasının müəllifi:"Facebook nəfəslikdir"

Onun sonuncu karikaturalarını dünyanın bir çox media orqanı yayımlasa da, Azərbaycanda yerli media orqanları onları çap etmədi. Karikaturaçı Gündüz Ağayev deyir: "“Heç vecimə də deyil. Facebook nəfəslikdir. Əsas orta təbəqə gənclərinin əksəriyyəti orda var. Hər şey burada paylaşılır. Məni oradan görürlər. Mediamızın halını anlayırıq. Sonuncu döyüşən əsgər spartalı qalmışdı, o da getdi. Əsas odur ki, mesaj çatır”. Rəssamla müsahibə

Davamı

XS
SM
MD
LG