Florida sahillərində xəzinə tapıldı
ABŞ-da Schmitt ailəsi 20 il axtrışdan sonra Florida sahillərində 1 milyon dollar dəyəri olan xəzinə tapıb. Bu, 1715-ci ildə batan İspaniya gəmilərindən tapılan 60 qızıl əşyalardır. Bir qızıl pul isə çox nadirdir. Onun qiyməti 500 min dollardır. Eric Schmitt deyib ki, o, xəzinəni axtararkən, bəxtdən çox, gecə-gündüz çalışmağa ümid edib.
85 % pirat proqramları
Azərbaycanda istifadə olunan kompyuter proqramlarının 85 faizinin lisenziyası yoxdur. Pirat proqramlardan istifadəyə görə Azərbaycan dünyada ən yüksək yerlərdən birini tutur."The Software Alliance” (BSA) iyulun 31-də yayılan illik məruzəsində bildirir.
AzadlıqLive-da radioda iyulun 31-ində bu mövzuları müzakirə etdik:
"Niyə İranda bizim pulla 20 manat olan dərman Bakıda 150 manatadır?"
Ilahiyyatçı Tale Bağırzadə deyir ki, xırda zindandan böyük zindana çıxıb
Rəsul Cəfərovun həbs müddəti azaldıldı
Emin Millinin 23 qohumu ondan imtina edib, Emin Milli bunu "kreativ" addım adlandırır
Nazir: dərmanlar yenə ucuzlaşacaq
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib ki, dərmanlar yenə ucuzlaşacaq. Onun sözlərinə görə, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur: “Hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsinin aparıldığını nəzərə alsaq, bu işin vaxt və məsuliyyət baxımından uzun proses tələb etdiyi məlum olur". Buna görə "Qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılıb”.