Prokurorluq Demirtaşa qarşı istintaqa başladı
Türkiyə prokurorluğu kürd müxalifətinin lideri Demirtaşa qarşı istintaqa başlayıb. İttihamlar sübut olunsa, onu 24 il həbs gözləyir.
23 qohumu Emin Millidən imtina edir, o isə bunu "kreativ" adlandırır
Meydan TV-nin rəhbəri Emin Millinin qohumları prezident İlham Əliyevə müraciət edərək, ondan "imtina etdiklərini" bildirib. Bunu xəbər verən BBC-nin məlumatına görə, əsasən əmi və bibilərinin ailələri daxil olmaqla, 23 nəfər qohumun adından yazılan müraciətdə deyilir ki, onlar "Azərbaycan Respublikasının Konstitusiyası qanunlarına tabe olmayan bu şəxsin pis əməllərinə" etiraz bildirir.
Sosial şəbəkələrdə səs-küylə qarşılanan bu müraciətə Emin Millinin reaksiyası maraqlıdır. O, qohumlarının hərəkətini "kreativ", yaradıcı adlandırıb və yazıb ki, o "qohumları ilə fəxr edir və onlardan imtina etmir".
Azərbaycanda 48 insan alveri qurbanı
Bu ilin birinci yarımili ərzində Azərbaycanda 48 insan alveri qurbanı müəyyən edilib. Bu barədə "Report"a DİN-in İnsаn Аlvеrinə qаrşı Mübаrizə Baş İdаrəsindən məlumat verilib.
Məlumata görə, "qurbanların 47-si qаdın, 1-i kişi olmaqla 1-i əmək, 47-si isə cinsi istismаrа məruz qalıb: "Оnlаrdаn 5 nəfər əcnəbi şəхs (hamısı özbək əsilli), 43-ü Azərbaycan vətəndаşıdır. Qurbаnlаrdаn 33-ü Türkiyədə, 6-sı Azərbaycanda, 6-sı Birləşmiş Ərəb Əmirliyində, 3-ü Rusiyа Fеdеrаsiyаsındа istismar olunub, 18-i Bakı, 30-u isə respublikanın digər şəhər və rayon sakinləridir. Qurbanlardan 10-u еrkən nigаhа dахil оlub, 28-nin məişət zorakılığına məruz qalmış şəxslər olması müəyyən edilib".
Leontyev: "Rusiya olmasaydı, Ermənistan heç xəritədə olmazdı"
Ermənistan Dağlıq Qarabağ müharibəsində, yumşaq deyilsə, Rusiyanın köməyi ilə qalib gəlib - bunu Rusiyanın tanınmış jurnalisti Mixail Leontyev baş redaktoru olduğu "Odnako" jurnalında yazır. O yazır ki, Rusiya olmasaydı, yəqin ki, Ermənistan heç xəritədə olmazdı. Onun sözlərinə görə, Qarabağda bu qələbə Ermənistanın geostrateji məğlubiyyətinə gətirib. Ermənistanı təklənməyə vadar edib.