Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:03

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

11:39 1.8.2015

Bin Ladenin ailə üzvləri həlak olub (video)

İngiltərənin Hempşir qraflığında özəl təyyarə maşın bazarına düşüb, pilot və 3 sərnişin həlak olub. Sonradan Amerikanın NBC televiziyası xəbər verdi ki, təyyarədə ölənlər Osama bin Ladenin analığı, öğey bacısı və ögey bacısının əridir. Qəzadan sonra bazarda güclü yanğın başlayıb.video burada

12:03 1.8.2015

"Get,ağıl duası oxutdur"

İncəsənət yoxsa milli mentalitet? Kinorejissor Ayaz Salayevin dünən aktrisalara müraciətində “ya səhnəyə çıxıb, soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin” deməsi böyük mübahisə doğurub.

AzNews.az xəbər verir ki, "rejissorun bu fikirləri xalq artisti, Dram Teatrının aktyoru Ramiz Məliki də özündən çıxarıb". O, Facebook-da yazıb: “Ayaz Salayev, get kilsədə keşişə ...ağıl duası oxutdur. ... Sənə kim ixtiyar verib ki, Azərbaycan qızlarını əxlaqsız yola çəkirsən? Bu xalqın milli mentaliteti var"

Bircə onu xatırladaq ki, rejissor Eldar Ryazanov deyirdi ki, sovet aktrisaları səhnədə soyunmaq, öpüşmək istəmədiyinə görə, məşhur "Həmişə təmizlikdə" komediyasına xaricini -polyak aktrisa Barbara Brılskanı çağırdı.

13:52 1.8.2015

Anar Nağlbaz namaz qılmağa başlayır

Reper Anar Nağılbaz ibadətə başlayır. "Qafqazinfo"nun məlumatına görə, bu haqda sosial şəbəkədə yazan reper bildirib ki, bu gündən namaz qılmağa başlayacaq:

""Facebook" səhifəm artıq bağlanır. Allah hamınıza yar olsun, həmişə Allahla olun. Mən namaza başlayıram və daha heç vaxt Nağılbaz olmayacaq. Allah köməyiniz olsun".

Bir istifadəşi isə yazıb ki, "Allah qəbul eləsin". Ancaq "daha heç vaxt Nağılbaz olmayacaq söhbəti heç yaxşı olmadı"

20:40 1.8.2015

XİN:Avtobusda 2 Azərbaycan vətəndaşı olub

Türkiyənin Jandarma Komandanlığından Azərbaycanın Qarsdakı Baş Konsulluğuna verilən məlumata görə, hadisə zamanı sərnişin avtobusunda 2 Azərbaycan vətəndaşı olub. Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.Sərnişin avtobusunda əlavə Azərbaycan vətəndaşlarının olması məsələsi araşdırılır.

“Biz şəxsi avtomobillimizlə İqdırdan Naxçıvana getmək istəyərkən silahlı şəxslər qarşımızı kəsdilər, sənədlərimizi və mobil telefonlarımızı tələb etdilər. Sənədləri və telefonları verəndən sonra bizi yol qırağındakı çalaya apardılar” - bunu isə APA-ya PKK tərəfindən valideynləri ilə birgə girov götürülmüş Azərbaycan vətəndaşlarından biri, 22 yaşlı Əli Səfərli deyib.

Əli Səfərli deyib ki, çalada onlardan başqa insanların olduğunu görüblər: “Bir avtobusun və başqa bir maşının da qabağını kəsərək oradakı şəxsləri çalaya gətirmişdilər. Dedilər ki, bizinlə heç bir problemləri yoxdur. Amma Türkiyədə hüquqları təmin olunanadək avtobusların, avtomobillərin qarşısı kəsiləcək. Kürdüstan ərazisinə heç kimi buraxmayacaqlar”.

Onlar orda olduğu müddətdə PKK-çılar Kağızmandakı körpünü partladıblar.

Əli Səfərli bildirib ki, onları təxminən 4 saat saxladıqdan sonra buraxıblar. Sənədlər və mobil telefonlar geri qaytarılıb. PKK terrorçuları şəxsi avtomobillərə dəyməsələr də, dövlətə məxsus TIR-ları yandırıblar.

Əli Səfərlinin sözlərinə görə, PKK-nın girov götürdüyü Azərbaycan vətəndaşlarının sayı 10-15 nəfər olub. Əlavə məlumat

Davamı

XS
SM
MD
LG