Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

Naxçıvana gələn avtobusa hücum olub


Foto illüstrasiya
Foto illüstrasiya

-

Türkiyədə silahlılar içərisində azərbaycanlı sərnişinlərin də olduğu avtobusu saxlayıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın səfirliyinin Türkiyə hüquq-mühafizə orqanlarından aldığı məlumata əsasən, hadisə İğdır və Qars arasındakı Kağızman rayonu ərazisində baş verib.

H.Hacıyevin dediyinə görə, hadisə nəticəsində Azərbaycan vətəndaşları daxil olmaqla, avtobus sərnişinlərindən heç kim xəsarət almayıb.

O, qeyd edib ki, avtobusdakı azərbaycanlı sərnişinlərin sayı hələ dəqiqləşdirilir: «Azərbaycanın diplomatik missiyası bu məsələ üzrə Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaqda davam edir».

Bundan əvvəl xəbər yayılıb ki, avqustun 1-nə keçən gecə naməlum silahlı şəxslər Qars-Ərzurum-İğdır magistralında 70 sərnişini olan avtobusu saxlayıblar. Sərnişinləri bir neçə saat saxlayandan sonra onların qiymətli əşyalarını və sənədlərini alıb buraxıblar.

5 SAATDAN SONRA BURAXDILAR

«Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar».

Bunu ANS-ə Ərzurumda təhsil alan azərbaycanlı tələbə Səbri Musayev deyib. Onun verdiyi məlumata görə, PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş. Terrorçular sərnişinləri düşürdükdən sonra avtobusu dərədən aşırıblar:

«Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar ediblər».

PKK mütəmadi olaraq Qars-Ərzurum-İğdır magistralında avtomobillərə hücum edir, maşınları yandırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG