Keçid linkləri

2017, 25 Yanvar, çərşənbə, Bakı vaxtı 06:04

-

İyulun 30-da Tarif Şurası daha çox tələbat olan 250-dən çox dərmanın qiymətini təsdiq edib.

Həmin dərmanlardan 20 faizinin qiyməti 3, 40 faizinin qiyməti isə 2 dəfədən çox enib. Qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək.

Qiymətlərə nəzər salanda hazırkı qiymət ilə endirilmiş qiymətlər arasında çox böyük fərq olduğu görülür. Məsələn, Rusiya istehsalı olan “Amlotop” hazırda 10-13 manata satılır – bundan sonra 1 manat 7 qəpiyə satılacaq. Macarıstan istehsalı, 5-7 manata olan “Kardolopin” 1 manat 6 qəpiyə satılacaq. ABŞ istehsalı olan “Liprimar”ın indiki qiyməti 25-31 manatdır. Ancaq 3 manata satılacaq. Qiyməti 7 manat müəyyən edilmiş Ukrayna istehsalı olan “Proneyro” 51-61 manata, yaxud Argentina istehsalı olan “Qaston” preparatı apteklərdə 13-17.50 manata satılır. Tarif Şurası “Qaston”-un pərakəndə satış qiymətini 1 manat 50 qəpik məbləğində müəyyənləşdirilib və s.

Ümumilikdə, ən çox qiymət fərqi Macarıstan, Kipr, Misir və Argentina istehsalı olan dərmanlarda özünü göstərib. İtaliya və Almaniya kimi iri əczaçılıq məhsulları istehsal edən ölkələrin dərman vasitələrinin qiymətində nisbətən az dəyişiklik baş verib.

Mövzunu Forumda müzakirə edirik. Sizcə Azərbaycanda dərmanlar niyə çox baha satılır? Dərmanların keyfiyyəti sizi qane edirmir?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG