Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Azərbaycanlı tələbələr qalib oldular


«NoObs» komandası
«NoObs» komandası

-

İyulun 29-da Sietlda «Microsoft»un baş ofisində keçirilən «Imagine Cup 2015» müsabiqəsində Azərbaycan tələbələrinin layihəsi qaliblərdən biri oldu.

Azərbaycanın «NoObs» komandası ilk dəfə iştirak etdiyi beynəlxalq müsabiqədə ikinci yeri tutub. «NoObs» müsabiqənin finalına «Spinal» adlanan layihə ilə çıxıb. «Spinal» qurğusu onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstdən ibarətdir. İnsan onurğaya pis təsir edən vəziyyətdə oturduqda «Bluetooth» modulu ilə «Windows Phone» platformalı smartfona siqnallar daxil olur.

«NoObs» 33 komanda arasından seçilib.

Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar pul mükafatı alacaqlar. Bundan başqa, «Microsoft» qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.

«Microsoft Imagine Cup» müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə reallaşır.

XS
SM
MD
LG