Telman İsmayılovun otelinə yenə həbs qoyuldu
Azərbaycan əsilli oliqarx Telman İsmayılovun Türkiyənin Antalya bölgəsindəki lüks “Mardan Palace” otelinə yenə həbs qoyulub. Virtualaz.org xəbər verir ki, bu dəfə otelə həbs qərarı “Mardan Palace”dən 2,2 milyon türk lirəsi (təxminən 800 min dollar) borcunu ala bilməyən “Art Décor” adlı şirkətin iddiası ilə çıxarılıb.
Türkiyə mətbuatı yazır ki, “Mardan Palace”dan borclarını tələb edənlərin sayı çoxdur. Hazırda Telman İsmayılovdan borclarını tələb edənlərin sayı 26-dır.
Türkiyənin “Sözcü” qəzeti isə yazır ki, “Mardan Palace” hotelinin borca görə müsadirə olunması haqda Antalya məhkəməsində qərar çıxarılıb.
Platini Rövnəq Abdullayevdən dəstək istəyir
UEFA prezidenti, keçmiş futbol ulduzu Michel Platini FİFA prezidenti olmaq üçün AFFA-dan dəstək istəyir. O, AFFA prezidenti Rövnəq Abdullayev də daxil, FİFA-ya üzv olan 209 milli assosiasiyanın prezidentləri və baş katiblərinə məktub göndərib: "Mən futbolun və şəxsən özümün gələcəyimi ölçüb-biçərək, dərindən və çox düşünülmüş qərar qəbul etdim. Əlbəttə, bu zaman sizin dəstəyinizi, çoxlarınızın mənə göstərdiyiniz hörmət və etimadı əlimdə rəhbər tutdum. Öz taleyini öz əlinə almağın lazım gəldiyi anlar da olur. Mən belə dövrlərdən birini keçirirəm. Bu, həyatımda və FİFA-nın taleyini müəyyənləşdirən sınaq mərhələsidir". FİFA-da prezident seçkilərində namizədlər arasında Zico, son məlumata görə, Maradona da var. Prezident seçkisi 2016-cı il fevralın 26-dadır.
AzadlıqLive-da iyulun 29-da radioda bu mövzuları müzakirə etdik:
“Azərbaycan saatı”nın yaradıcısı Qənimət Zahid qohumlarına deyir ki, "məndən imtina edin"
Bankların kredit faizləri 30 faizi keçməyəcəkmi?
Bakıda bir ev var, hər yer kitabdır
Gürcüstanda separatçıların irəliləməsi neft kəmərlərinə təhlükədirmi?
Bakıda bir ev var, hər yer kitabdır
Bakıda bir ev var, hər yer kitabdır. Bu kitab dünyasının sahibi Əli Babayevdir. 11 ildir bu kitabları yığır. Sadəcə bukinist deyil. Həm də bu kitabların qoruyucusudur. Kitabları 20-50 qəpiyə alır. Üstünə 5-10 qəpik qoyub satır. Çox vaxt da evindən köçənlər, kitabları internetdən oxumağa dəyişənlər gətirir verir ona. Deyir, çox ucuz satır. Dini kitabları isə hədiyyə verir:
«Quran, İncil... müqəddəs kitablar hamısı pulsuzdur. Kim istəyir gəlsin, hədiyyə verirəm».Kitaba ehtiyacı olub, pulu olmayan tələbələrə, kitabı sevə-sevə oxuyanlara da pulsuz kitab hədiyyə edir