Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:27

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

01:55 30.7.2015

Celtik - Qarabağ 1:0 - hələ heç nə demək deyil

“Qarabağ” “Celtik”ə 0:1 hesabı ilə uduzdu. Komandalar arasında cavab oyunu avqustun 5-də, Bakıda keçiriləcək.

01:55 30.7.2015

"Mehriban Əliyeva baş prodüserdir"

"Bu film yalnız Mehriban Əliyevanın sayəsində mümkün olub". Bunu Haqqın.az-a rusiyalı rejissor Yeqor Konçalovski deyib. Söhbət "Bakı, mən səni sevirəm!". filmindən gedir. Bu yaxınlarda film dünya ekranlarına çıxacaq.

Rejissor deyib ki, Mehriban Əliyeva filmin baş prodüseridir və rejissor kimi onun qarşısında yalnız bir şərt qoyub ki, "İçərişərdə itib-batmasın, müasir Bakını da çəksin". Filmdə italiyalı aktrisa Asia Argento çəkilib. Əsas aktyorlar azərbaycanlılardır.

Konçalovski onu da deyib ki, çəkiliş zamanı Bakıya vurulub. O deyib :"Bu gözəlliyə və belə qonaqpərvər xalqa biganə qalmaq mümkün deyil"

03:01 30.7.2015

İran Azərbaycan vətəndaşlarına azad viza rejimi verir

İranın Kayhan qəzeti yazır ki, İran 7 ölkəyə azad viza rejimi verib: Azərbaycan, Türkiyə, Misir, Suriya, Livan, Gürcüstan, Boliviya. Bu o deməkdir ki, bu ölkələrin vətəndaşları İranda 15 gündən 90 günə kimi vizasız qala biləcəklər. Bunun üçün viza almaq tələb olunmur.

İran bununla turizmə təkan vermək istəyir. İndiyədək Azərbaycan vətəndaşları İrana 14 günəcən vaxta gedəndə viza tələb olunmurdu.

12:37 30.7.2015

Bulvarda 65 metrlik yaxta yoxa çıxıb

Bakı bulvarında 65 metrlik yaxta oğurlanıb. Şikayətçi deyib ki, bu gəmi onun şəxsi mülkiyyətində olub. Yaxta 2006-cı ilin iyun ayından «Yaxt Klub»un ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. Bunu lent.az yazır.

İŞİD Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər.Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azadlıq qəzetinə deyib. Mətbuat icmalı

Davamı

XS
SM
MD
LG