Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 05:16

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

12:38 30.7.2015

"34 yaşlı milyarder, "playboy" Anar Məmmədov"

"...məhz bu biznesin arxasında qeyri-adi və ziddiyyətli partnyor durur. Bu oteldə Trump-ın biznes partnyoru atası “Azərbaycanın nəqliyyat naziri kimi xidmət göstərən” 34 yaşlı milyarder, “playboy” Anar Məmmədovdur”.Bunu təhqiqat jurnalistikası ilə tanınan “Mother Jones” məcmuəsi yazır. Məqalədə bu da deyilir ki, “sərvəti 1 milyard dollar civarında təxmin edilən Anar Məmmədovun atası Ziya Məmmədov prezident İlham Əliyevə yaxın ən qüdrətli klanlardan birinin başçısı, nüfuzlu hökumət rəsmisidir”.

12:49 30.7.2015

4 qat dünya çempionu Qaradağda bıçaqlanıb

İyulun 29-da Qaradağ rayonunda ​11 qat Azərbaycan çempionu, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu , polis kapitanı Kamil Şərifov bıçaqlanıb. Oxu.Az-a çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı məlumat verib ki, Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran polis kapitanı Kamil Şərifov təkbaşına beş nəfər şübhəli şəxsi saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq zərbəsi endirib.Hazırda o müalicə olunur.

15:01 30.7.2015

Samsung Ermənistanı tərk edir

İndi də "Samsung" şirkəti Ermənistandan gedir. Böyük xarici şirkətlər bu ölkədən qaçır. Ermənistanı tərk edən tanınmış şirkətlər arasında Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” hava şirkəti, Cənubi Koreya nəhəngi “Samsung” və Fransanın “Orange” telefon şirkətləri var.

15:43 30.7.2015

Həbsxanada İlqar Məmmədova hücum olub

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədova hücum olub. Bu haqda AzadlıqRadiosuna REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, hadisə dünən – iyulun 29-da axşam saat 9-10 radələrində baş verib:

“Dustaqlar həyətdə gəzərkən bir nəfər İlqar Məmmədova hücum edib. Ona bir neçə zərbə endirib. Ölkədə vəziyyətin yaxşı olduğunu, niyə İlqar Məmmədovun bununla razılaşmadığını bildirib.".

Natiq Cəfərli bildirib ki, İlqar Məmmədova qarşı edilən təzyiqlər aylardır davam edir və burada məqsəd ona zorla əfv ərizəsi yazdırmaqdır.

Davamı

XS
SM
MD
LG