ASAN xidmətdə rezin maneken və boks əlcəkləri
Bu gündən vətəndaşlara xidmət göstərməyə başlayan 5 saylı Bakı "ASAN xidmət"mərkəzində işçilərin fəaliyyət zamanı gərginliklərini aradan qaldırması üçün xüsusi otaq ayrılıb. "Report" xəbər verir ki, stress atmaqdan ötrü ayrılan otaq problemli vətəndaşlarla təmasda olan və hirsini soyuda bilməyən işçilər üçün nəzərdə tutulub.
Burada rezindən olan kişi maneken quraşdırılıb və boks əlcəkləri qoyulub. Bununla da işçilər, boks əlcəyindən istifadə edərək manekeni istədikləri qədər yumruqlaya bilərlər.
Stress atma otağında, həmçinin masaj kreslosu da var. Otaqda akvarium və televizor da qoyulub. Burada şahmat oynamaq üçün imkan da yaradılıb.
Diplom alıb, neynirlər?
Bəziləri universitetə girə bilməməyinə dilxor olur, ancaq universiteti qurtarıb, işsiz qalanlar var. Üç-Üz adlı Facebook səhifıəsi bu durumu belə lağa qoyur
Asif Yusifliyə 7 il yarım həbs cəzası kəsildi
İyulun 30-da AXCP-nin Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli 7 il 6 aylıq həbs cəzasına məhkum edilib. O, son sözündə həbsini sırf siyasi fəaliyyəti, «Zülm bitsin» adlı bloqu, «facebook» və «twitter» sosial şəbəkələrində yazdıqları ilə bağlayıb.
Asif Yusifli bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Asif Yusifli həmin şəxsə bütün məbləği və əlavə 1200 manat ödəsə də, proses davam etdirilib.
İndi pul Azərbaycandan Rusiyaya gedir
Rusiyanın Mərkəzi Bankının məlumatına görə, bu ilin 3 ayında Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,6% azdır. Eyni dövrdə Azərbaycandan Rusiyaya pul köçürmələri 37 % artıb.