Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 06:39

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

17:29 30.7.2015

Kürdə 2,4 metr uzunluğunda balıq

Kür çayının Zərdab rayonundan keçən hissəsində nəhəng naqqa balığı tutulub. "Report"un məlumatına görə, çəkisi 60 kq olan balıq rayonun Bıçaqçı kəndində tora düşüb. Balığın uzunluğu 2,4 metr, çəkisi isə 60 kq-dır.Foto

21:42 30.7.2015

AzadlıqLive-da iyulun 30-da radioda bu mövzuları müzakirə etdik:

Asif Yusifliyə 7 il yarım həbs

İlqar Məmmədova həbsxanada hücum olub?

Kənd təsərrüfatı yarmarkaları niyə bərpa olunmur?

Celtik-Qarabağ oyununu niyə göstərmədilıər?

İlham Əliyev əvvəlki dövrlərə baxanda niyə əsəbidir? Fəalların qohumları tutulmağa başlayıb?

21:43 30.7.2015

Tbilisi kazinolarının əsas gəliri azərbaycanlılardandır

Tbilisidə kazinoların əsas gəlir mənbəyi azərbaycanlı oyunçulardır. Rusiya Oyun Həftəsi -2015 adlı beynəlxalq oyun-əyləncə forum-sərgisində Storm İnternational şirkətinin rəsmisi Lavrenti Gubin deyib ki, Gürcüstanda 2 böyük oyun mərkəzi var- Tbilisidə və Batumidə. Tbilisidə 3 kazino var, Batumidə - 10. Tbilisiyə oynamağa gələnlər Azərbaycan, İran, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə Türkiyədən gəlirlər. Ancaq Batumidə VİP oyunçular azdır. Bunlar Tbilisiyə gəlirlər.

Udanlar kimlərdir? Haqqın.az-ın məlumatına görə, Gubin bunu da deyib: “Adətən uduşun 80 faizini oyunçuların 20 faizi götürür. Bu 20 faiz Azərbaycandan, İrandan və Tacikistandan olanlardır”.

Gubin deyir ki, Gürcüstan xəzinəsi kazinolardan əhəmiyyətli gəlir götürür.

23:39 30.7.2015

Cəmil Həsənlinin 12 yaşlı nəvəsini - İstintaq İdarəsinə!?

Müxalifətin Milli Şurasının sədri Cəmil Həsənli Facebook-da yazıb: "Bu gün saat 19:20-də prokurorluq formasında olan bir işçi bizə bildiriş gətirmişdi. Bildiriş mənim 12 yaşı avqust ayının 1-də tamam olacaq nəvəm Məmmədova Aytənin sabah, iyulun 31-də saat 16-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması haqqında idi. Bildirişi idarənin rəis müavini, Baş Ədliyyə müşaviri İbayev Pərviz Mansur oğlu imzalamışdı. Mən Aytənin azyaşlı olduğunu bildirdim, nə məqsədlə onun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə maraqlandım. Bundan sonra onu gətirən işçi Pərviz İbayevlə əlaqə saxlayıb bildirişi geri apardı"

Davamı

XS
SM
MD
LG