Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:07

Telman İsmayılovun otelinə yenə həbs qoyuldu


Azərbaycandan olan oliqarx Telman İsmayılovun Türkiyənin Antalya bölgəsindəki lüks “Mardan Palace” otelinə yenə həbs qoyulub.

Virtualaz.org xəbər verir ki, bu dəfə otelə həbs qərarı “Mardan Palace”dən 2,2 milyon türk lirəsi (təxminən 800 min dollar) borcunu ala bilməyən “Art Décor” adlı şirkətin iddiası ilə çıxarılıb.

Borclunun əmlakına həbs qoyulması barədə qərar Kadıköy 3-cü İcra Dairəsi tərəfindən çıxarılıb və Antalya 6-cı İcra Dairəsinə icra olunmaq üçün göndərilib.

Xatırladaq ki, bundan əvvəl da “Mardan Palace” otelinə “Halk Bank”a olan borclarına görə həbs qoyulub və 1,4 milyard dollara başa gələn otel Antalya bələdiyyəsi tərəfindən 325 milyon türk lirəsi start qiymətinə hərraca çıxarılıb. İlk hərrac iyunun əvvəllərində keçirilməli idi. Lakin hərraca bir gün qalmış Telman İsmayılov banka borclu olduğu 100 milyon dolları ödəmək barədə razılığa gəlib və hərrac ləğv edilib.

Türkiyəmətbuatı yazır ki, “Mardan Palace”dan borclarını tələb edənlərin sayı çoxdur. Hazırda Telman İsmayılovdan borclarını tələb edənlərin sayı 26-dır.

21 iddia üzrə əmlaka həbs qoyulması proseduru davam edir, 5 iddia üzrə isə prosedurlar dayandırılıb.

T.İsmayılovun biznesi hazırda ağır günlərini yaşayır və iş adamının həm Türkiyədə, həm Rusiyada çoxsaylı borcları var. O, Moskvada borclarının bir hissəsini qaytarmaq üçün daşınmaz əmlakını və torpaq sahələrini verib.

XS
SM
MD
LG