Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Burada soyuduculardan da kitab çıxır- [video]


Burda soyuduculardan da kitab çıxır
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Burada soyuduculardan da kitab çıxır

-

«Bura mənim öz dünyamdır, mən bunlarla oturub-dururam, danışıram. Onlar mənimlə necə söhbət eləyirsə, mən də onlarla eləcə söhbət eləyirəm»...

Bakıda Əlövsət Quliyev, 62 ünvanda bir ev var. Hər tərəf kitabdır. Hər yer kitabla aşıb-daşır, hər yerdən kitabın özünəməxsus iyi gəlir. Şkaflar, rəflər, bütün künc-bucaq, döşəmə... Döşəmədən tavana qədər hər yer kitabdır. Burada hansı kitablar yoxdur ki! Dərsliklər, uşaq ədəbiyyatı, hüquq, tibb kitabları, dini kitablar... Köhnə, təzə kitablar.

«Hamısından var. Kim nə istəyir buradan tapa bilər. Psixologiya, tibb, təbiət elmləri... Azərbaycan dilində, rus dilində, latın qrafikası ilə, kiril əlifbası ilə, hamısı var. Kitab, kitab, kitab. Kitabsız dayana bilmirəm».

DİNİ KİTABLAR PULSUZDUR

Danışan bu dünyanın sahibi Əli Babayevdir. 11 ildir bu kitabları yığır. Sadəcə bukinist deyil. Həm də bu kitabların qoruyucusudur. Kitabları 20-50 qəpiyə alır. Üstünə 5-10 qəpik qoyub satır. Çox vaxt da evindən köçənlər, kitabları internetdən oxumağa dəyişənlər gətirir verir ona. Deyir, çox ucuz satır. Dini kitabları isə hədiyyə verir:

«Quran, İncil... müqəddəs kitablar hamısı pulsuzdur. Kim istəyir gəlsin, hədiyyə verirəm».

Hədiyyə verdiyi təkcə dini kitablar deyil. Kitaba ehtiyacı olub, pulu olmayan tələbələrə, kitabı sevə-sevə oxuyanlara da pulsuz kitab hədiyyə edir:

«Olur ki, tələbədir, gəlir bir neçə kitab alır. Pulu çatmayanda deyirəm «pulsuz götür». Bura uzaq yerdən kitab almağa gələn adama deyirəm ki, «əvvəlcə yolpulunu ayır», yolpulunun əvəzinə də ona pulsuz kitab verirəm».

SOYUDUCU İÇİNDƏ KİTAB

Sayı minləri, bəlkə də 10 mini ötən kitabların tozunu bir-bir alır. Evin bütün otaqları kitabla dolduğundan kitabları qoymağa yeri olmayanda, küçədə saxlayır. Taxta kitab rəfində yağış, qar korlamasın deyə, köhnə soyuducular alıb kitabları içinə yığır. Burada soyuducuların da içindən kitab çıxır:

«Gecə-gündüz onları necə qorumaq haqqında düşünürdüm. Axırda ağlıma işləməyən soyuducu məsələsi gəldi. Pis fikir deyilmiş. Nəmiş-filan da olmur...».

TAPILMAYAN KİTABLAR BURADADIR

Kitab almağa gələnlər deyir ki, nadir halda istədikləri kitabı buradan tapa bilmirlər. Bura həm də çoxlu sayda başqa bukinistlər də gəlir. Onlarda yoxdursa, bilirlər ki, müştərinin axtardığı kitab mütləq burada olacaq.

«Biz çox vaxt dərsliklərimizi buradan alırıq. Bəzən kiril əlifbası ilə yazılan, ya da internetdə axtarıb tapmadığımız kitabları buradan tapırıq».

Bunu deyən tələbə Mövsüm Əlizadə pıçıldayır: «Usta özü eşitməsin, bizə o qədər pulsuz kitablar verir ki...».

Kitabların tozunu silə-silə tələbələri yola salan kitabçı isə möhkəm-möhkəm tapşırır:

«Uşaqlara deyin çəkinib eləməsinlər a, nə vaxt istəsələr gəlsinlər, sizi kitabsız qoymaram. Təki siz kitab oxuyasınız»...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG