Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 17:19

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

21:16 22.7.2015

İyulun 22-də AzadlıqLive-da Radioda bu mövzuları müzakirə etdik:

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, prezidentin mətbuatdan xahişini səmimi saymır

4 ildir ki, jurnalist, yazıçı Rafiq Tağının ölümünü anasından gizli saxlayırlar

Gələn ilki Formula-1 yarışları Bakını necə dəyişəcək?

Kənd turuzmi – iki çarpayı, bir TV, bir manqal - gecəsi 25 manat

700 bal toplayan 9 məzundan biri- İsa Məmmədli öz uğurunun səbəblərini izah edir

Jurnalist prezidentdən ev, medal ala bilərmi? İoana Avadani, Rumıniya Müstəqil Jurnalistlər Mərkəzinin icraçı direktoru, media etikası üzrə ekspert izah edir

17:40 22.7.2015

Metrodan pulsuz istifadə yolu(video)

Cəmi 10 dəfə oturub durmaqla metro sərnişini olmaq olar. Mexiko rəhbərliyi şəhər sakinlərinə öz sağlamlıqlarının qeydinə qalaraq gediş haqqında qənaət etməyi təklif edir

17:19 22.7.2015

Kiyevdə "Sağ Sektor" hökumət əleyhinə mitinq keçirib

Kiyevdə ultramillətçi "Sağ Sektor" hökumət əleyhinə mitinq keçirib. Sağ Sektorun lideri Dmitri Yarosh bildirib ki, yerli seçkilərdə iştirakdan imtina edirlər və indiki hakimiyyətə etimadsızlıq referendumuna çağırırlar

16:25 22.7.2015

AZAL: endirim ya qaldırım?

Prezidentin tənqidindən sonra neçə gün fikirləşib, AZAL axır ki, endirim elan elədi. Ancaq elə elədi ki, indi hətta partiya sədri də əlinə qələm alıb, hesablayır: bu, endirimdir ya qaldırımdır? Beləliklə, ​AZAL biletlərə 20 faiz qiymət endirimi ilə yanaşı bir sıra dəyişikliklər də edib. AZAL ilə uçanlar 5 kilodan artıq əşya üçün əlavə pul verəcəklər, təyyarədə yemək də pullu olacaq.Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Facebook-da yazır: "“Deməli belə. AZAL-ın endirilmli biletlərinin şərtləri:

Bakı-İstanbul-Bakı.

1. Gediş-gəliş- 230 manat (əvvəl 330 idi).

2.Yalnız əl baqajı imkanı (5kq).

3. Əlavə baqaj üçün 50 manat ödəniş (iki tərəfə 100 manat).

4. Uçuş zamanı yemək verilmir. Daha doğrusu, pulsuz verilmir.

Nəticə etibarilə uğurumuz: Əvvəlki puldan daha artığı ödənilir + ac gedirik.

P.S Məzəniz olsun…” - bunu Elşən Musayev yazır

Davamı

XS
SM
MD
LG