Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 18:47

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

13:13 22.7.2015

AZAL biletlərinin qiymətindən əsaslı şikayət olsa...

“AZAL-ın bilet qiymətləri ilə bağlı əsaslı şikayət olarsa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumi qaydada araşdırma aparıla bilər”.

“Report” Informasiya Agentliyi xəbər verir ki, bunu Baş İdarənin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

.

13:12 22.7.2015

Həkimi internetlə də axtara bilərsiniz

Səhiyyə Nazirliyinin daha bir xidməti «Elektron hökumət» portalına inteqrasiya edilib. Nazirliyin «Həkim axtarış sistemi» portaldan istifadəyə verilib.Bu sistem vasitəsilə istənilən həkim haqqında məlumat əldə etmək mümkün olacaq.

03:49 22.7.2015

Qalmaqal: Jurnalistə hədiyyə verilən "Tissot" saatı saxta çıxdı

İyulun 15-də Bakının Səbayel Rayon İcra Hakimiyyəti 22 iyul Milli Mətbuat Günü münasibətilə bir qrup (75 nəfər) jurnalisti mükafatlandırıb.İcra hakimiyyətindən yayılan məlumatda deyilirdi ki, jurnalistlərə “qiymətli hədiyyələr” təqdim olunub. Əslində isə məlum olub ki, həmin “qiymətli hədiyyə” Çində istehsal olunan və bu ölkədə 6 dollara, Azərbaycanda isə 20-30 manata satılan saxta “Tissot” saatlarıdır. Bunun üstü belə açılıb: hədiyyələrdən biri də virtualaz.org saytının redaksiyasına təqdim edilmişdi. Redaksiya isə saatlın orijinal olduğunu zənn edərək onu Səbayel Rayon İcra Hakimiyyətinin (RİH) adından məhsuldar əməkdaşlardan birinə təqdim edib.

Virtualaz.org yazır: "Əməkdaşımız saatın yaxşı işləmədiyini görərək onu əvvəl Bakıdakı “Tissot” mağazalarından birinə aparıb və satıcıya göstərib. Satıcı saatı “Tissot”un servis mərkəzinə göstərməyi tövsiyə edib. Servis mərkəzində isə saata baxan kimi onun saxta olduğunu bildiriblər."

03:45 22.7.2015

AZAL 99 avroluq bilet qiymətləri tətbiq edir

Trendin məlumatına görə, iyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclasında qərara alınıb: AZAL bu istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:

- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;
- Bakı-Moskva-Bakı – bu ilin oktyabından başlayaraq hər gün 2 uçuş;
- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.

Bu istiqamətlər üzrə bilet bir tərəfə 99 avrodan çox olmayacaq.

Bu ilin avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

Davamı

XS
SM
MD
LG