Qanun:Bezdirici SMS reklamlar daha gəlməyəcək
Ötən həftə “Reklam haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə SMS-reklamlar məhdudlaşdırılıb. Bu barədə Qanunu AzNews.az-a şərh edən vəkil Əkrəm Həsənov deyib ki, qanunun maraqlı müddəalarından biri 23.1-ci maddəsində təsbit edilib: ““Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər”. Bu o deməkdir ki, mobil telefonlarımıza bezdirici (bəzən isə həm mənəvi, həm də maddi cəhətdən zərərli) SMS-reklamlar daha gəlməyəcək. Ona görə ki, mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində Qanunun tələb etdiyi razılıq haqda müddəa, bir qayda olaraq, yoxdur”.
İlham Əliyev:"məlumatı mətbuatdan əldə edirəm"
İlham Əliyev Mətbuat Şurası üzvləri ilə görüşdə deyib: "hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir "
İlham Əliyev:"Bəzi məlumatları məndən gizlətməyə çalışırlar"
İlham Əliyev xəbərləri internetdən özünün oxuduğunu deyib:“Bəzi məlumatları məndən gizlətməyə çalışırlar, amma mənim bütün məlumatlardan xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”. Aznews.az saytının məlumatına görə bunu İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.