Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 08:22

HRW: «Şou-məhkəmə başlanır»


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

-

«Bir il öncə, bu gün, azərbaycanlı tarixçi-alim və müstəqil fəal Arif Yunusla sonuncu dəfə telefonla danışdım. Həyat yoldaşı Leyla təzəcə həbs olunduğu üçün ona zəng vurmuşdum. Leyla Azərbaycanın tanınmış insan haqları müdafiəçilərindəndir. 60 yaşlı Arif səhhətinə görə buraxılmışdı. Söhbətimiz qısa oldu, ancaq imkan tapıb vəd etdim ki, Avropa və Birləşmiş Ştatlar siyasətçilərinin ona zəng vurmasına, dəstək verməsinə nail olacağam».

Bunu «Human Rights Watch» hüquq müdafiə təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber yazır.

SAYĞISIZLIQ

«Ancaq dediklərimin xeyri olmadı. Bir neçə gündən sonra Arif həbs olundu. O vaxtdan onunla Leyla saxta casusluq və digər ittihamlarla həbsdədir. Vergidən yayınma və digər iqtisadi ittihamlar üzrə hazırlıq iclası bu gün başlanır (iyulun 13-ə planlaşdırılan hazırlıq iclası iki gün sonraya təxirə salınıb-red.)».

Müəllif yazır ki, ötən bir il ərzində Arif Yunus barədə çox az məlumat yayılıb. Çünki o, ölkənin ən qapalı müəssisələrinin birində – Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıb. Rachel Denber 59 yaşlı Leyla Yunusun başına gələnlərə, ardıcıl müalicə ala bilməməsinə toxunur.

«Leylanı 20 ildən çoxdur tanıyıram və məncə, ona qarşı ən böyük sayğısızlıq illərdir həyata keçirdiyi hüquq müdafiə işinə əngəl törətməkdir. Daha bir sayğısızlıq isə onun və Arifin məhkəmə şousudur. Onların ədalətlə mühakimə olunacağını təsəvvür etmək çətindir. Leylanın 3 vəkilindən ikisi işdən uzaqlaşdırılıb. Onlardan biri ötən həftə Vəkillər Kollegiyasından çıxarılıb».

YENİDƏN BİRLİKDƏ

Müəllifin fikrincə, son illər hökumət tənqidçilərinə qarşı məhkəmə işləri də Leyla və Arifin ədalətlə mühakimə olunacağına az ümid yeri qoyur. Rachel Denber hüquqşünas İntiqam Əliyev və siyasətçi İlqar Məmmədova qarşı məhkəmə proseslərini yada salır.

«Leyla ötən ilin avqustunda məhkəmədən Arifə ilk məktublarından birində yazırdı: «36 illik birgə həyatımızdan sonra indi ayrı-ayrı kameralardayıq. Ayrı-ayrı yerlərdəyik...». Məhkəmədə onlar bir ildən sonra ilk dəfə bir yerdə olacaqlar. Ancaq onlardan heç biri bu yerdə olmağa layiq deyillər», - xanım Denber yazır.

Hakimiyyət təmsilçiləri Leyla və Arif Yunusların və digər fəalların siyasi motivlərlə deyil, konkret cinayətlərə görə həbs olunduqlarını deyir. Leyla Yunusun təcridxanada təzyiqlərə məruz qalması, adekvat müalicə ala bilməməsi barədə dedikləri isə bir qayda olaraq Penitensiar Xidmət tərəfindən təkzib olunub. Xidmət dəfələrlə bütün məhbusların hüquqlarının qorunduğunu bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG