Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:52

«Niyə Tofiq Yaqublu yox, Leyla Yunus?»


Fazil Mustafa
Fazil Mustafa

-

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edən hesabat qəbul edilib.

Azərbaycandan reaksiyalar:

«NİYƏ MƏHZ LEYLA YUNUS?!»

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın da fikrincə, Avropa Şurası mühitini tanıyanlar bilir ki, bu ərəfədə belə bir hesabatın qəbulu səbəbsiz deyil:

«Erməni deputatların, onlarla həmfikir olan fransalı və digər deputatların canfəşanlığı onu göstərir ki, məqsəd insan haqları məsələsi deyil. Azərbaycanda bu sahədə, təbii ki, müəyyən problemlər var. Qanunsuz məhkəmə hökmləri ilə bağlı cəmiyyətin öz içində də bəlli narazılıqlar var. Amma məsələyə məhz siyasiləşmiş formada münasibət bildirilməsi gözlənilən bir şey idi. Bu, Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən addım da deyil».

Deputat insan haqlarından danışarkən, sessiyada məhz Leyla və Arif Yunusun adının hallandırılmasını təsadüfi saymır:

«Niyə Avropa Şurasında daha çox qanunsuz həbs olunmuş Tofiq Yaqublunun yox, Leyla Yunusun adı gündəmə gətirilir? Deməli, hər bir qüvvə özünə bağlı insanları diqqət hədəfinə gətirməyə çalışır. Ona görə, bu məsələlər Azərbaycanda problemin həllinə yönəlik addımdan daha çox siyasi xarakterli təzyiq mahiyyəti daşıyır».

İqbal Ağazadə
İqbal Ağazadə

«HESABAT QƏRƏZLİDİR, AMMA...»

«Ümid» Partiyasının sədri, parlamentin İnsan hüquqları komitəsinin üzvü İqbal Ağazadə hesabatı qərəzli saysa da, insan haqları ilə bağlı deyilənlərlə razılaşır:

«İnsan haqları, məhkəmələr, icra strukturlarına nəzarətlə bağlı bütün bəndləri bölüşürəm. Amma Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı düzəlişi və Dağlıq Qarabağı, az qala, ayrıca subyekt kimi təqdim etmələrini qəti şəkildə qəbul etmirəm. Bunu qərəzli və obyektivlikdən olduqca uzaq sayıram».

İnsan haqları, məhkəmə sistemi, vətəndaş cəmiyyəti, ümumən demokratiya ilə bağlı deyilənləri obyektiv sayan İqbal Ağazadə onu da əlavə edir ki, bütün bunların ölkədə nəyisə dəyişəcəyinə inanmır. Deputat AŞPA-nın bir qurum kimi təsir mexanizmini çox zəif hesab edir.

Arzu Abdullayeva
Arzu Abdullayeva

İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Arzu Abdullayeva isə AŞPA-da müzakirələrin Azərbaycanda insan haqları ilə bağlı durumun yaxşılığa doğru dəyişməsinə, o cümlədən siyasi məhbusların azadlığa çıxmasına töhfə verəcəyinə inanır.

Hesabatı obyektiv sayan hüquq müdafiəçisi onun qəbulunun gözlənilən olduğunu da qeyd edir.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası hesabatda Azərbaycanda insan haqlarına təzyiqlərdən dərin narahatlığını bildirib.

Bu sənəddə, Azərbaycan, Avropa Şurasının üzvü kimi, öz öhdəliklərinə hörmət etməyə çağırılıb. Hesabatdatənqidi səslərə qarşı iddia olunan repressiyalardan, QHT qanunvericiliyinə dəyişikliklərdən, ifadə azadlığının məhdudlaşdırılması üçüncinayət qanunvericiliyinin qanunsuz tətbiqindən də narahatlıq bildirilib və konkret tövsiyələr irəli sürülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG