Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Obama İraqla bağlı qərar verəcək


Ənbərdə şiə döyüşçülər

Ağ Ev İraqdakı qüvvələrə kömək üçün min təlimçi və müşavir göndərməyi nəzərdən keçirir, ancaq 500 nəfərin göndəriləcəyi daha realdır. Bunu ABŞ rəsmiləri iyunun 9-da bildirib

-

ABŞ prezidenti Barack Obama-nın tezliklə İraqdakı ABŞ qüvvələrinin artırılması barədə qərar verəcəyi gözlənir. Obama-nı Respublikaçılar tənqid edirlər ki, İslam Dövləti (İD) silahlı qruplaşması ilə mübarizədə “bitkin strategiya”sı yoxdur. Obama özü də bu yaxınlarda belə bir etiraf edib.

Ağ Ev İraqdakı qüvvələrə kömək üçün min təlimçi və müşavir göndərməyi nəzərdən keçirir, ancaq 500 nəfərin göndəriləcəyi daha realdır. Bunu ABŞ rəsmiləri iyunun 9-da bildirib.

Əlavə qüvvəni yerləşdirmək üçün administrasiya İraqın Ənbər vilayətində yeni hərbi baza qurmağı planlaşdırır. İD də əsasən bu bölgədə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG