Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:44

HSBC bankında 25 min ixtisar


Foto arxiv

HSBC Holding 2017-ci ilədək 25 min iş yerini ixtisar edəcəyini bəyan edib.

Avropanın ən böyük bankı bununla illik xərclərini təxminən 5 milyard dollar azaltmaq istəyir.

Bank iyunun 9-da bildirib ki, daimi əməkdaşlarının təxminən 10 faizini ixtisar edəcək.

HSBC həmçinin Türkiyə və Braziliyadakı bisneslərini satmaq fikrindədir.
Bank bir il bundan əvvəl valyuta bazarlarında manipulyasiya etmək və İsveçrə bölməsində vergidən yayınma qalmaqalına görə cərimə olunub.

Buna görə də bank rəhbərliyi xərcləri azaltmaq məcburiyyətində qalıb.

Bankın icraçı direktoru Stuart Gulliver fevralda səmərəsiz bölmələrin qəti tədbirlərlə üzləşəcəklərini deyib.

Bundan əvvəl Bankın illik gəliri 17 faiz azalıbmış.

XS
SM
MD
LG