Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:27

Merkel: "Ukrayna böhranı 6 şərq ölkəsi ilə tərəfdaşlığı daha vacib edib"


Petro Poroshenko və Angela Merkel

"Ukrayna böhranı Avropa Birliyinin 6 şərq ölkəsi ilə tərəfdaşlığını indi daha vacib edib".

Bunu Almaniyanın kansleri Angela Merkel Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitinə yollanmazdan əvvəl ölkə parlamentində çıxışında deyib.

Bu proqrama Azərbaycan , Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna daxildir.

Məqsəd bu ölkələrin Avropaya inteqrasiyasını daha da dərinləşdirməkdir.

Tərəfdaşlığın Avropa Birliyi ilə Rusiya arasındakı rəqabəti daha da artıra bilməsilə bağlı narahatlığa gəldikdə Merkel deyib ki, “Şərq tərəfdaşlığı” Avropa Birliyinin genişləndirilməsində vasitə deyil.

O həmçinin bir daha qeyd edib ki, bu tərəfdaşlıq heç kimə, xüsusilə də Rusiyaya qarşı yönəlməyib.

XS
SM
MD
LG