Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 00:41

Albaniyada 2 günlük təhlükəsizlik konfransı başlanıb


Foto arxiv

Bir sıra Balkan və Avropa Birliyi ölkələri təhlükəsizlik rəsmilərinin mayın 19-da Albaniyada 2 günlük konfransı başlanıb.

Konfransda islamçı qrupların Avropada insanları ələ almasına qarşı mübarizə məsələsi müzakirə olunur.

ABŞ-ın təşəbbüsü ilə keçirilən konfransda ABŞ Dövlət katibinin müavini Sarah Sewall da iştirak edir.

O region ölkələrini əməkdaşlığı artırmağa və ələ alma ilə mübarizə üçün milli strategiya hazırlamağa çağırıb.

Sarah Sewall deyib ki, Qərbi Balkan ölkələri Suriya və İraqda xarici terrorçu döyüşçülər üçün mənbəyə çevrilib.

Məlumata görə, Qərbi Balkan ölkələrindən İraq və Suriyaya 700-dək döyüşmü keçib ki, onların əksəriyyəti Bosniya və Kosovodandır.

XS
SM
MD
LG