Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Fevral, çərşənbə, Bakı vaxtı 22:03

İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushevi qəbul edib


Ilham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, hüquq-mühafizə orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı informasiya mübadiləsi, regionda təhlükəsizliyin möhkəmləndirilməsi, Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nikolai Patrushev mayın 11-də Azərbaycana ikigünlük səfərə gəlib.

Mayın 12-də onun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubovla da görüşü nəzərdə tutulub.

XS
SM
MD
LG