Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:18

Kuba prezidenti Raul Castro mayın 9-da keçiriləcək hərbi parada qatılmaq üçün Moskvaya gəlib.

Səfər zamanı onun Rusiya rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub.

O mayın 6-də baş nazir Dimitry Medvedevlə görüşməlidir.

Raul Castro parada görə Moskvaya gələn ilk xarici ölkə lideridir.

Amma bir çox Qərb ölkələri Ukrayna münaqişəsinə görə, parada qatılmaqdan imtina ediblər.

Hətta Rusiyanın yaxın müttəfiqi olan Belarus kənarda qalmaq qərarına gəlib.

Belarus prezidenti Aleksandr Lukashenka bundan əvvəl bildirib ki, mayın 9-da Minskdəali baş komandan kimi özü parad qəbul edəcək.

Lukaşenko qeyd edib ki, rus xalqına həmrəyliyini nümayiş etdirmək üçün o Moskvaya mayın 7-8-də gedəcək.

XS
SM
MD
LG