Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:07

Daha üzümü xoşbəxtliklə qrimləməyi bacarmıram...


-

Şəhriyar İbrahimov


BAHARDA DARIXMAQ


Mən ayrı şəhərdə günəşin doğuşunu izlədim,

sən ayrı şəhərdə yağmurda islandın..

Səndən sonra yarım qaldım,

Ölümlə sevişdim,

Gecəylə boğuşdum..

Daha uçurumdur gözlərim,

Dodaqlarım axtalandı, təsəllilər yamaqlandı...

Kiçik ümidlərə böyük ümidlər bəslədim.

Daha üzümü xoşbəxtliklə qrimləməyi bacarmıram...

Boyatladı istifadə müddəti bitmiş arzular..

Və minlərcə xoşbəxtliyin ardından geridə qalan hüznlü bir portret..

Sən ürəyindən çıxardın, Allah da bəndəlikdən..

Könüldən iraq, gözlərdən uzaq, ilıq göz yaşıyla açılır qəlbimin buzu....

Gecələr artırır tənhalığımı,

Daha tənhalığa da sığmıram.

Kədərlə yüklüdür susqunluğum.

Gəlməyəcəyini bilirəm, Gələcəkdən əlimi üzdüm.

Daha bəsit cümlələr qururam - "darıxıram" kimi.

Darıxmaq nədir bilirsən? - dodaq izlərinin qaldığı stəkanı illərlə yuya bilməmək..

İndi bütün itlər mənə hürür, bütün küləklər pəncərəmi döyür, bütün ağaclar üstümə kölgə salır.

Durğun sular kimidir qəlbim, döyünməyə ərinir..

Saqqalım saçımdan daha uzundur - damını ot basmış köhnə evlər kimiyəm..

Sənin yoxluğunu daha da çoxaldır bahar..

Baharda darıxmaq - qayıdıb gələn durnalara, yaşıl yarpaqlara hörmətsizlikdir bilirəm..

Indı baharın ən hörmətsiz adamıyam..

Yenə bəsit cümlə olacaq amma mən bir bahar səhəri günəşə baxa-baxa it kimi darıxıram..

XS
SM
MD
LG