-
"Qanun" nəşriyyatından 2 yeni kitab gəldi.
Qorxaq oğulun tiran ataya məktubu
"Atama məktub" Frans Kafkanın atası ilə son həddə gərginləşən münasibətinə aydınlıq gətirmək məqsədilə yazılsa da heç vaxt göndərilməyib. Əslində ata oğul münasibətinə həsr olunsa da, bu məktub onun yaradıcılığı, şəxsiyyəti və yazıçı psixologiyasına böyük işıq salmış və qiymətli yaradıcılıq nümünəsinə çevrilmişdi.
Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir.
1919-cu ilin yanvarında Kafka Şlesendəki kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu, Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir...
Tərcümə : Vilayət Hacıyev
İnsanı alt-üst edən roman – Məsumlar
Türk yazarı Burhan Sönməz bu əsərində bizi həm öz həqiqətimizi, həm də qarşımızdakının həqiqətinin dərk etməyə yönəldir.
Özüylə “Sirr kitabı” gəzdirən bir qadın məsum şeirlərə inanır. Yuxusuz bir adam qəbiristanlıq və ölümün sahilindən keçərək həyata uyğunlaşmağa çalışır...
Tərcümə: Zinyət Əmirova